9 ayda 53 milyard dollardan çox xalis mənfəət
“Google”a sahib olan Amerika holdinqi “Alphabet Inc.”, 2023-cü ilin üç rübü (yanvar-sentyabr) ərzində xalis mənfəətini ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artıraraq 53 milyard 108 milyon dollara çatdırıb.
Marja.az xəbər verir ki, bu barədə holdinqin açıqlamasında bildirilir.
Hesabat dövründə səhmbaşına mənfəət bir il əvvəlki 3,5 dollardan 4,16 dollara yüksəlib.
Qeyd olunan dövrdə şirkətin gəliri 6,9% artaraq 221 milyard 84 milyon dollar təşkil edib.
Alphabet-in üçüncü rübdə (iyul-sentyabr) xalis mənfəəti 41,5% artaraq 19 milyard 689 milyon dollar təşkil edib. Alphabet-in rüblük gəliri isə 11% artaraq 76 milyard 693 milyon dollara çatıb.
Üçüncü rübdə Google-ın reklam gəliri 9,5% artaraq 59 milyard 647 milyon dollar olub. Ümumilikdə, Google xidmətlərindən əldə edilən gəlir 10,8% artaraq 67 milyard 986 milyon dollar təşkil edib.
Əsas hərracların bağlanmasından sonra Alphabet səhmləri 6,1% ucuzlaşıb.
Alphabet holdinqinə Google, Android, Youtube, Google Life Sciences, Calico, Sidewalk Labs, Nest, Google Ventures, Google Capital və Google X daxildir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























