Pul çox, seçim az - banklarda pullar “yatır”
Kreditlərə tələb aşağı düşdüyündən, sərmayə üçün alətlər az olduğundan banklarda böyük likvidlik yaranıb. Kredit təşkilatları vəsaitlərini yerləşdirməkdə çətinlik çəkirlər.
“Marja” xəbər verir ki, gəlirlilik aşağı düşsə də banklar depozit və notların yerləşdirilməsi hərraclarına böyük məbləğlər ilə qatılırlar. Səbəb, yığılmış vəsaitləri bir neçə günlük də olsa yerləşdirib bir qədər gəlir əldə etməkdir.
Məsələn, 16 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın 200 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac zamanı toplanmış sifarişlərin ümumi məbləği 541,7 milyon manat təşkil edib. Bu, bütün qiymətli kağızlar üzrə bu günədək müşahidə olunmuş ən yüksək həddir (rekord).
21.08.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 649,8 milyon manat təşkil etmişdir.
Təkcə son 2 hərracda toplanmış sifarişlər 1 milyard 200 milyon manata çatır. Mərkəzi Bank bildirir ki, keçirilən depozit və notların yerləşdirilməsi hərraclarında tələbin təklifi üstələməsi bank sistemində izafi likvidliyin mövcud olduğunu göstərir.
Sərmayə üçün alternativ investisiya alətlərinin seçimi çox azdır. Mərkəzi Bankın depozit hərracları, notları və dövlət istiqrazlarından başqa demək olar ki, alət yoxdur. Ölkə xaricindəki alətlərə də investisiya etmək Azərbaycan bankları üçün sərfəsizdir.
Depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar ilə izafi pul təklifinin bir hissəsi sterilizasiyası edilsə də, bu daimi ola bilməz. Tezliklə bu vəsaitlər real sektorun inkişafına xidmət etməlidir.
Əgər banklar kredit vermirsə, bu, bankların gəlirlərinin və mənfəətlərinin də aşağı düşəcəyi deməkdir. Mövcud vəziyyət bankların gələcək inkişafını da təhlükəyə qoyur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 7 saat əvvəl
-
7 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















