Avro, 1.20 dollar səviyyəsinə daha da yaxınlaşdı
Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi-nin Jackson Hole-daki çıxışlarında güclü Avroya dair hər hansı bir narahatlıq bildirməməsindən sonra vahid ortaq valyuta 1.20 dollar səviyyəsinə doğru irəliləyir. Avropa səhmləri isə ucuzlaşır.
ƏLAVƏ GƏLİR QAZANMAĞA BAŞLAYIN
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 08:30-a oln məlumata görə, Avro/dollar məzənnəsi 1.1974 səviyyəsinə qalxıb.
Ötən həftələrdə Avronun Dolar qarşısında bahalaşmasından Avropa Mərkəzi Bankının rəsmilərinin narahat olduqları barədə xəbər yayılmışdı. Avronun bahalaşmasının əsas səbəbi AMB-nin monetar təşviqi (qiymətli kağız alışlarını) azaldacağı və faizləri qaldıracağı barədə gözləntilərdir.
İŞDƏN SONRA İNŞAAT VƏ SƏNAYE MƏHSULLARINA ENDİRİM!
Stoxx Europe 600 İndeksi dünənyekunda 0.5 faiz düşərək iki həftədən artıq müddətinin ən aşağı səviyyəsinə gəlib.
Avro Stoxx 50 İndeksi 1.8 bənd, Britaniyanın FTSE 100 İndeksi 0.1%, Almaniyanın DAX İndeksi 0.4 faiz düşüb.
Almaniyanın 10 illik Xəzinə istiqrazlarının faizi, 0.38 faiz səviyyəsində üfüqi qalıb.
Səhmlərin ucuzlaşması Avronun bahalaşması ilə bağlıdır. Belə ki, baha Avro ixracın azalmasına və nəticədə də şirkətlərin gəlirlərinin düşməsinə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
6 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"






















