Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
Comex birjasında gümüşün birja qiyməti yeni tarixi rekorda yüksəlib. Tədarük çatışmazlığı ilə bərabər, qiymətlərin artmasına geosiyasi gərginliyin kəskinləşməsi səbəbindən investorların qoruyucu (təhlükəsiz) aktivlərə yönələn tələbi də dəstək verib. Comex birjasında gümüş fyuçerslərinin (mart) kotirovkaları 7,72% artaraq 95,37 ABŞ dollarına çatıb.Gümüşün birja qiymətləri tarixi maksimumu yeniləyib.
Marja xəbər verir ki, çərşənbə axşamı, 20 yanvar 2026-cı il tarixində Comex birjasında mart ayı tədarüklü gümüş fyuçersləri 7,72% bahalaşaraq 1 unsiya üçün 95,37 dollara yüksəlib. Beləliklə, gümüşün unsiya qiyməti tarixdə ilk dəfə 95 dollar həddini aşıb.
Gümüş qiymətlərinin rekord səviyyəyə çatması investorların aktivlərini qorumaq istəyi ilə bağlıdır. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı mübahisə fonunda bəzi Avropa ölkələrinə qarşı əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı xəbərdarlıq etməsi olub. Bu isə təhlükəsiz aktivlərə tələbi artırıb.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 1 fevral 2026-cı ildən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-a göndərilən bütün mallara 10%-lik gömrük rüsumu tətbiq olunacaq. Trampın sözlərinə görə, Qrenlandiyanın alınması ilə bağlı razılaşma əldə edilənədək bu ölkələr rüsum ödəməyə davam edəcəklər. Avropa İttifaqı ölkələri də ABŞ-a qarşı cavab rüsumlarının tətbiqini və Amerika şirkətlərinin öz bazarlarına çıxışının məhdudlaşdırılmasını nəzərdən keçirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
53 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
54 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)










.jpg)







