970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

BP Azərbaycanda zavod inşa edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
BP Azərbaycanda zavod inşa edəcək
iç səhifə xəbər şəkil altı (mobil)_32

Böyük Britaniyanın BP şirkəti 2026-cı ilin üçüncü rübündə Qarabağ yatağının işlənməsi layihəsi üçün Azərbaycanda boru dəstələri (pipeline bundles) istehsalı zavodunun tikintisinə başlamağı planlaşdırır.

Bu barədə zavodun tikintisi layihəsinin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) hesabatının yekun variantında qeyd olunub.

"Layihə çərçivəsində istehsalat sexinin, boru kompleksləri üçün rels yollarının, dənizə buraxılış yolunun, boruların saxlanması üçün meydançaların, mühəndis-kommunikasiya xətlərinin, istismar mərhələsi üçün yaşayış düşərgəsinin, ofislərin və çınqıl örtüklü qısa giriş yolunun tikintisi nəzərdə tutulur. Müəssisə Bakının Qaradağ rayonu ərazisində yerləşən Bəndovan yaşayış məntəqəsində tikiləcək, 2026-cı ilin üçüncü rübündə tikintiyə başlanılacaq və 2028-ci ilin birinci rübünədək davam edəcək", - sənəddə qeyd olunub.

Zavodun yekun olaraq istismara verilməsi 2028-ci ilin birinci rübünün sonuna nəzərdə tutulub.

Qeyd olunub ki, Bəndovan meydançası zavodun tikintisi üçün uyğun relyefin olması, mövcud infrastruktur obyektlərinə yaxınlığı və Xəzər dənizinə birbaşa çıxış imkanı sayəsində seçilib.

"Qarabağ yatağının işlənməsi üçün nəzərdə tutulan boru kompleksləri Bəndovan obyektində istehsal olunacaq. Obyekt əsasən "Qarabağ" yatağının işlənməsi layihəsi çərçivəsində boru dəstələrinin istehsalı üçün istifadə ediləcək və bu yataq üzrə işlər başa çatdıqdan sonra onun Xəzər dənizindəki digər layihələr üçün də istifadə imkanı olacaq", - ƏMTQ-də bildirilib.

Qeyd edək ki, boru dəstələri (pipeline bundles) hasilat xətlərini (flowlines), idarəetmə xətlərini və inyeksiya xətlərini özündə birləşdirən və xarici boru örtüyünün içərisində yerləşdirilmiş boru kəmərlərinin hazır yığımıdır. Tam yığılmış formada onların uzunluğu, bir qayda olaraq, təxminən 5-6 km təşkil edir.

Xatırladaq ki, 2025-ci iyunun 3-ü, "Bakı Enerji Həftəsi" çərçivəsində, BP Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Qarabağ" yatağının işlənməsi layihəsində 35 %-lik payın alınmasına dair saziş imzalayıb. Layihədəki qalan 65 % SOCAR-a məxsusdur. BP bu layihənin operatoru kimi çıxış edir.

"Qarabağ" yatağı Bakıdan 120 km şərqdə, "Günəşli" yatağından 20-25 km məsafədə və 150-200 metr dərinlikdə yerləşir. İlkin qiymətləndirmələrə əsasən, bu yataqdakı geoloji neft ehtiyatları 60 milyon tondan çoxdur, bunun da 21 milyon ton neft və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatına əsasən, "Qarabağ" neft yatağında maksimum hasilat sutkada 7,5 milyon barel təşkil edəcək.

İş elanları AzVak.az-da

© "Report" 

BP Qarabağ yatağı layihəsi Bəndovan zavodu tikintisi Azərbaycan pipeline bundles istehsalı zavodu BP SOCAR Qarabağ layihəsi Qarabağ neft yatağı işlənməsi Azərbaycan neft-qaz layihələri 2026 Bakı Qaradağ sənaye zonası layihəsi Xəzər dənizi neft infrastrukturu BP Azərbaycan investisiya layihəsi boru kəmərləri istehsalı zavodu ƏMTQ hesabatı BP layihəsi neft-qaz infrastruktur tikintisi offshore neft layihələri Azərbaycan Qarabağ yatağı ehtiyatları 60 milyon ton SOCAR BP əməkdaşlığı Azərbaycan enerji sektoru xəbərləri Bəndovan yaşayış məntəqəsi layihəsi neft hasilatı infrastruktur 2028 Azərbaycan enerji layihələri 2026 BP operator Qarabağ yatağı
04.05.2026 18:36
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19