970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə  investisiya yatırır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda süni intellekt və data mərkəzi yaradacaq.

Bunu SOCAR prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə bildirib.

Bildirib ki, SOCAR fəaliyyət istiqamətlərini genişləndirərək enerji və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrə investisiya yatırır:

"SOCAR fəaliyyətə neft şirkəti kimi başlayıb, daha sonra neft-qaz şirkətinə, sonrakı mərhələdə isə bərpa olunan enerji mənbələrini və kombinə edilmiş qaz-turbin elektrik stansiyalarını portfelinə daxil etməklə enerji şirkətinə çevrilib. Şirkətin növbəti inkişaf mərhələsi data mərkəzləri və süni intellekt infrastrukturu sahəsi ilə bağlıdır. Enerji sektorundakı bir çox şirkətlər kimi, biz də data mərkəzləri və süni intellekt sahəsinə investisiya yatırırıq. Uzunmüddətli perspektivdə rəqabətqabiliyyətli qalmaq üçün bu istiqamət strateji əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, bu yaxınlarda imzalanan müqavilələrdən biri Azərbaycanda data mərkəzi və süni intellekt mərkəzinin yaradılmasını nəzərdə tutur:

"Şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar hesabına qlobal iştirakını genişləndirir. Transformasiya prosesi şirkətin insan kapitalının strukturunda da özünü göstərir. Belə ki, son illərdə SOCAR-da çalışan xarici mütəxəssislərin sayı artıb, müxtəlif ölkələrdə fəaliyyət göstərən törəmə şirkətlərdə və rəhbər vəzifələrdə beynəlxalq təcrübəyə malik mütəxəssislər daha geniş təmsil olunmağa başlayıb. Əvvəllər SOCAR əsasən yerli insan kapitalına əsaslanırdısa, bu gün şirkət beynəlxalq kadr potensialına malik qlobal enerji şirkətinə çevrilib".

İş elanları AzVak.az-da

© "Report" 

SOCAR Rövşən Nəcəf SOCAR süni intellekt SOCAR data mərkəzi Azərbaycanda data mərkəzi Azərbaycanda süni intellekt mərkəzi SOCAR investisiya Bakı Enerji Həftəsi enerji transformasiyası rəqəmsal texnologiyalar süni intellekt infrastrukturu data mərkəzləri SOCAR rəqəmsallaşma SOCAR enerji şirkəti SOCAR qlobal şirkət bərpa olunan enerji qaz-turbin elektrik stansiyaları enerji sektoru Azərbaycanın enerji sektoru rəqəmsal iqtisadiyyat SOCAR beynəlxalq mütəxəssislər SOCAR insan kapitalı
02.06.2026 11:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19