970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib

Bank Respublika-dan həyatlara toxunan təşəbbüs
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika “Ümumdünya Qan Donoru Günü” ərəfəsində ənənəvi qanvermə aksiyası keçirib
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. “14 iyun - Ümumdünya Qan Donoru Günü” ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.

Respublika Qan Bankı təşkilatçılığı ilə Bankın Baş Ofisində təşkil olunan aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.

Tədbirə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, rəhbər şəxslər və əməkdaşlar böyük həvəslə qoşulublar. Hər bir donor qanvermədən əvvəl peşəkar həkim-hematoloqların müayinəsindən keçib və proses bütün tibbi tələblərə uyğun həyata keçirilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq gözəl bir ənənəyə çevrilib. İllərdir davam edən bu ənənə sayəsində bank əməkdaşları ehtiyacı olan insanlara dəstək olmaq üçün bir araya gəlir və birlikdə xeyirxah missiyaya töhfə verirlər.

Bank Respublika inanır ki, xeyirxahlıq paylaşıldıqca böyüyür. Bir damla qan, bir ümid, bir həyat deməkdir. Məhz buna görə də bank hər kəsi donor olmağa və bu nəcib missiyaya qoşulmağa çağırır.

İş elanları AzVak.az-da

Bank Respublika Bank Respublika qanvermə aksiyası Ümumdünya Qan Donoru Günü 14 iyun Qan Donoru Günü Respublika Qan Bankı qanvermə aksiyası qan donoru donor olmaq talassemiya hemofiliya leykoz qan xəstəlikləri uşaqlara dəstək sosial məsuliyyət korporativ sosial məsuliyyət Tariyel İsmayılov Bank Respublika əməkdaşları humanitar aksiya xeyirxahlıq donor çağırışı qan bağışı Azərbaycanda qanvermə aksiyası
12.06.2026 10:23
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19