Azərbaycan minik avtomobillərinin yarıya yaxınını Gürcüstandan idxal edib
Ötən ay Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 91 mln. 058,7 min dollar təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, yanvar ayında Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra 3-cü əsas ticarət tərəfdaşı olub.
Ötən ay Azərbaycan Gürcüstandan 20 mln. 219,3 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracının dəyəri isə 70 mln. 839,3 min dollar təşkil edib.
KREDİT GÖTÜRƏNLƏRƏ 50% ENDİRİM EDİLƏCƏK
Azərbaycanın Gürcüstanın xarici ticarət dövriyyəsində payı 11,2% təşkil edib.
Ötən ay Azərbaycan Gürcüstandan ən çox minik avtomobili (402 ədəd) idxal edib. İdxal olunmuş avtomobillərin dəyəri 7 mln. 399,4 min dollar təşkil edib. (Qeyd edək ki, ötən ay Azərbaycana 908 ədəd minik avtomobili idxal olunub)
Qonşu ölkədən ən çox idxal olunan məhsulların ilk beşliyinə daha sonra medikamentlər (2 mln. 517,4 min dollar dəyərində), siqarlar (2 mln. 251,8 min dollar), diri iribuynuzlu mal-qara (1 mln. 177,7 min dollar) və dəmir və ya aşqarlanmış poladdan çubuqlar (902,2 min dollar) daxildir.
Yanvar ayında Azərbaycandan Gürcüstana ən çox neft qazları və digər qaz halında karbohidrogenlər (44 mln. 064,9 min dollar dəyərində) ixrac olunub.
Qonşu ölkəyə ən çox ixrac olunmuş məhsullara daha sonra elektrik enerjisi (9 mln. 383,5 min dollar), neft və neft yağları (5 mln. 701,9 min dollar), qazma və digər avadanlıqların hissələri (2 mln. 944,6 min dollar) və dəmiryol və ya tramvay xətləri üçün yol avadanlıqları və qurğuları (906 min dollar) daxildir.
Ötən ay Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 816,6 mln. dollar təşkil edib. Bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 20,2% çoxdur.
Qonşu ölkənin ixracı 26% artaraq 222,7 mln. dollar, idxalı isə 18,2% artaraq 593,9 mln. dollar təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)








