“Qala Həyat”da KİV nümayəndələri üçün “Açıq Qapı Günü” keçirildi
Bu gün “Qala Həyat” Sığorta Şirkətində ilk dəfə olaraq media nümayəndələri üçün “Açıq Qapı Günü” keçirilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, şirkətdəki iş prosesi və göstərilən xidmətlərlə tanış olmazdan əvvəl media nümayəndələri ilə görüş keçirilib.
Görüşü giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyev “Açıq Qapı Günü”nün “Qala Həyat”da ilk dəfə təşkil olunduğunu və bunun məqsədləri barədə danışıb.
O bildirib ki, “Qala Həyat” şirkəti KİV-lə münasibətlərə daha çöx önəm verib: “Qala Həyat” fəaliyyətə başladığı dövrdən KİV-lə əməkdaşlıq əlaqələrini uğurla davam etdirib. Şirkətin fəaliyyəti tarixində KİV nümayəndələri ilə dostluq münasibəti yaradıb. Redaksiyalar tərəfindən göndərilən sorğu və suallar tərəfimizdən tam vaxtında cavablandırılır, redaksiya əməkdaşları lazım olan informasiyalarla təmin edilir. “Qala Həyat” hazırda KİV-lə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Bu əməkdaşlıq əlaqələrinin gələcəkdə də uğurla davam etdiriləcək”.
E.Hüseynquluyev bildirib ki, belə bir tədbirin təşkil edilməsində əsas məqsəd ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətimizin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaqdır: “Biz bu tədbiri təşkil etməklə media işçilərini struktur bölmələrimizin işi ilə daha yaxından tanış edirik, onlara göstərdiyimiz həyat sığortası xidmətləri barədə məlumatlar veririk. Düşünürəm ki, bu cür görüşlər tez-tez təşkil edilməlidir. Çünki bu görüşlər ictimaiyyətin həyat sığortası sahəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərmiş olur”.
Sonra “Qala Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə və İdarə Heyətinin sədr müavini Natiq Həsənov şirkətin yaxın vaxtlarda bazara təqdim edəcəyə yeni həyat sığortası məhsulu, eləcə də cari ilin yanvar-may ayları üzrə yığım və ödənişləri və yeni layihələr barədə geniş məlumat veriblər.
Daha sonra media nümayəndələri “Qala Həyat”ın müxtəlif department və şöbələrin, o cümlədən maliyyə departamenti, kadrlar və ümumi işlər departamenti, satış blokunun və digər struktur bölmələrin iş şəraiti ilə ilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
10 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 10 saat əvvəl
-
11 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir













.jpg)











