Cavanların ibrət götürəcəyi 83 yaşlı fermer
“CAVANLARA MƏSLƏHƏT GÖRÜRƏM Kİ, KƏNDİ QOYUB, ŞƏHƏRƏ QAÇMASINLAR”
“1963-cü ilin sentyabrından kənd təsərrüfatı sektorunda çalışıram. İki ali təhsilim var, 24 il heyvandarlıq sovxozunun direktoru olmuşam. Partiya işindən sovxoza keçdikdən sonra məndə kənd təsərrüfatına böyük inam yarandı”.
Bu sözlərin müəllifi 83 yaşlı fermer, ömrünü kənd təsərrüfatında çalışmaqla keçirmiş Bayram Əlləzovdur. Ağsaqqal fermer deyir ki, insan torpaqla yaşamağa məhkumdur:
“Kənd təsərrüfatı insanları maddi nemətlərlə, ərzaqla təmin edir. Rəhmətlik atam bizə tövsiyə edərdi ki, insanlar öləndə torpağa yapışan kimi gərək diri vaxtda da torpağa yapışsın, torpaqla məşğul olsun, əksin, biçsin, becərsin. Onun o sözləri qulağımda qalmışdı, ona görə kənd təsərrüfatı ilə çox məşğul olmuşam. 19-cu əsr Qərbi Avropa ölkələrinin iqtisadçılarından biri yazmışdı ki, zəhmət sərvətin atası, torpaq isə sərvətin anasıdır. İnsanlar gərək yaşamaq üçün zəhmət çəksinlər, yaratsınlar, yaşatsınlar”.
Bayram Əlləzov kənd təsərrüfatının bütün istehsal sahələrindən üstün sayır: “Çünki insanları maddi nemətlərlə təmin edən kənd təsərrüfatıdır. Kənd təsərrüfatı ilə məşğul olanlar əkir, səpir, biçir, məhsul götürür və görəndə ki, zəhməti hədər getməyib, daha da cavanlaşır. Bu altmış il ərzində torpağa sevgim dəfələrlə artıb. 83 yaşım var, hələ də kənd təsərrüfatı ilə məşğulam”.
Qocaman fermer ölkədə kənd təsərrüfatına göstərilən diqqətdən çox razıdır: “Azərbaycanda kənd təsərrüfatının inkişafına çox böyük şərait yaradılıb. Regionlarda iqlim şəraitinə uyğun olan bütün kənd təsərrüfatı məhsulları əkilib-becərilir. Dövlət lazımi qayğı göstərir, fermerlərə subsidiyalar verir, kapital qoyur, kənd təsərrüfatını inkişaf etdirir. İndi Azərbaycanda sovet dövründə olmayan bitkilər becərilir. Mən heyvandarlıqla da məşğul olmuşam, zootexnikliyi qurtarmışam. Sovet İttifaqı dövründə Azərbaycanda indiki qədər cins heyvan yox idi. Bir qonur Qafqaz cinsi mallar vardı, onu da 19-cu əsrin ortalarında almanlar İsveçrədən gətirmişdilər. Sonrada ala mallar gətirildi. İndi isə ölkədə çoxlu sayda cins mal-qara var, dövlət maldarlığın inkişafına diqqətlə yanaşır”.
Bayram Əlləzovun 51 hektar torpaq sahəsi var: “Onun 31 hektarı özümündür, yəni torpaq satanlardan alıb istifadə edirəm. 20 hektarını isə 99 il müddətinə icarəyə götürmüşəm. 13 hektarında üzüm əkmişəm, 10 hektarı məhsuldardır, 3 hektar üzümlüyü isə 3 il əvvəl salmışam, bu il az məhsul verəcək. Üzümçülük iqtisadiyyat üçün əlverişli sahədir. 1991-ci ildə Azərbaycana “Merlot” adında üzüm sortu gətirdim. Bu sort Moldovada becərilir. Bu sortu on hektar sahədə becərirəm. Budama vaxtı bu üzüm sortunun çubuqlarını bütün Azərbaycana yaydım. Qazaxdan, Tovuzdan, Şəmkirdən, Ağstafadan, Ağsudan, Abşerondan gəlib budanmış çubuqları məndən alıb apardılar. Aparanlar becərdilər, gördülər ki üçüncü il bu sort hər hektardan 17 ton üzüm verir. Bu səbəbdən Qərb zonasından olan üzümçülər bu sortdan geniş istifadə etməyə başladılar. Sortun əlverişli xüsusiyyəti nədir? Xəstəliyə davamlıdır, məhsuldardır. Şamaxıda bu sortdan hər hektardan 35 ton üzüm götürənlər var. Çox gözəl də şərabı olur”.
Ağsaqqal fermerin cavanlara tövsiyələri də var: “Cavanlara məsləhət görürəm ki, kəndi qoyub, şəhərə qaçmasınlar, gedib şəhərdə göy satmaqla məşğul olmasınlar. Torpaqla məşğul olsunlar, o torpaq onun dolanışığını təmin edəcək. İki hektar sahəsi olan adam o sahədə taxıl əksin, toyuq-cücə saxlasın, iki-üç baş mal-qara saxlasın, dolanışığını artıqlaması ilə təmin edəcək. Vaxtilə böyük böyük istedadlar, tanınmış yazıçılar kənd təsərrüfatı ilə məşğul olublar, kəndi seviblər. Məsələn, Lev Nikolayeviç Tolstoyun Yasnaya Polyanada bir malikanəsi olub. Orada torpağı əkib-becərərmiş. Bir gün çar Aleksandr onu yanına çağırır, deyir ki, Lev Nikolayeviç, bu qədər şöhrətli istedadlı yazıçının kənddə nə işi var, gəl Kremldə yaşa, mənim müşavirim ol. Tolstoy cavabında deyir ki, Yasnaya Polyana torpağı mənə dünya qədər əzizdir, mən o torpaqdan ayrıla bilmərəm. Çar onu Moskvaya gətirə bilmir. Torpaqla məşğul olan, torpağın qədrini bilən elə dahilər olub”.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 19 saat sonra
-
-
3 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
4 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 4 saat əvvəl
-
4 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
4 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















