Azərbaycan Rusiya qarşısında 653 milyon dollar mənfidədir
2018-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan və Rusiya arasında mal dövriyyəsi 1 milyard 477 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 15,5% çoxdur.
"Marja" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatından məlum olur.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,48%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
"Hesabat dövründə Azərbaycan Rusiyaya 411 milyon 963,8 min dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,9% çoxdur. Bütövlükdə, 2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan ixracın 3,2%-i Rusiyanın payına düşüb”, - deyə məlumatda bildirilir.
Yanvar-avqust aylarında Rusiyadan Azərbaycana idxalın həcmi 1 milyard 65 milyon 36,51 min dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 16,6% çoxdur. Azərbaycana idxalın ümumi həcmində 15,55% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, cari ilin yanvar-avqust aylarında RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 653 milyon 72,71 min dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 37 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb


























