Mənzil alarkən ən çox nəyə diqqət yetirməliyik?
Mənzilin yerləşdiyi mərtəbə, təmir səviyyəsi, otaqların rahat planlaşması, mənzərəsi və bu kimi digər amillər uğurlu mənzil alışının 10-luğuna düşənlərdir. Ancaq mənzil alışında onun yerləşdiyi binanın istiqamətinə fikir verməyi bəzən unuduruq.
Əmlak eksperti Fərid Rüstəmov "Marja"ya açıqlamasında tövsiyə edib ki, alıcılar mənzil alarkən özləri ilə kompas götürsünlər. Ekspertin sözlərinə görə, uğurlu mənzil alışı üçün ilk öncə binanın cəhətlərə (Şimal, Cənub, Şərq, Qərb) görə yerləşməsi müəyyənləşdirilməlidir.
Bəs ekspert hansı istiqamətdə inşa edilmiş binadan alınan mənzilin daha uğurlu olmasını tövsiyyə edir?
"Fasadı Şərq istiqamətinə baxan binaların mənzilləri daha uğurlu sayılır. Belə ki, gündoğan istiqamətinə baxan mənzillər yayda sərin, qışda quru olur ki, bu da mənzilin təmirliyinin daha davamlı olmasına xidmət edir.
Cəhətlərə görə ən sonuncu yerdə fasadı Cənuba baxan binaların mənzilləridir. Bu mənzillər yayda qızmar (gün doğandan batanadək şüası mənzilin daxilinə düşür), qışda isə rütubətli olur. Hətta yaxşı izolə edilməyən mənzillərin divarı qışda su qabarcıqları ilə örtülü olur ki, bu da mənzilin təmirliyinin davamlığını aşağı salır, hətta divarlarda kif qatının əmələ gəlməsinə səbəb olur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















