Naxçıvan Vergilər Nazirliyi planı 113,5 faiz icra edib
Sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 113,5 faiz icra edilib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən bildirilib ki, daxil olmuş vəsaitlərin 31 faizi dövlət, 69 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 138,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 127,8 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra olunub.
Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə sentyabr ayı ərzində 2 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bu dövrdə 208 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 79 faizi muxtar respublika rayonlarının payına düşüb. Bütün bu müsbət nəticələr dövlətimizin özəl sektora göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 d. əvvəl
- 14 d. əvvəl
- 22 d. əvvəl
- 32 d. əvvəl
-
48 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək


























