Mikrokredit təşkilatları Mərkəzi Bankdan yüngül əmsallar istəyir
“Biz Mərkəzi Banka təklif etmişik ki, qanunvericiliyə mikrokredit termini daxil edilsin və mikrokreditlər verilərkən əmsallar daha yüngül tətbiq edilsin”.
Marjanın məlumatına görə, bunu “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusunda 10-cu Azərbaycan Mikromaliyyə Konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Sədri Cəlal Əliyev "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zemfira Ağayevanın qadın sahibkarların kredit alan zaman qarşılaşdıqları girov çətinliyi barədə dediklərinə münasibət bildirərkən deyib
Cəlal Əliyev qeyd edib ki, mikromaliyyə təşkilatları koronavirus pandemiyası ilə əlaqədar kredit borclarını ödəməkdə çətinlik çəkən müştərilərin kreditlərinin restrukturizasiyasını və yenidən maliyyələşdirilməsini rahat həyata keçirirlər: “Təhlil edib görəndə ki, biznes fəaliyyətinə davam edəcək, dəstək veririk. Bizim üzvlərimizin timsalında ya girov, ya da zamin tətbiq olunur. Və ya kombinə olunmuş təminat tətbiq edilir. Mən Zenfira xanımın diqqətinə bir məsələni çatdırmaq istəyirəm ki, biz (mikrokredit təşkilatları) Mərkəzi Bankın müəyyən əmsallarına əməl etməliyik. Məsələn, girovun kreditə nisbəti əmsalı, kreditin gəlirlərə nisbəti əmsalı var. Biz bu əmsallara əməl etmək məcburiyyətindəyik. Bu əmsasllar risklərin sığortalanması üçün tətbiq edilir. Düzdür, bu əmsallar banklar üçün, istehlak kreditləri üçün daha sərtdir.
Biz Mərkəzi Banka təklif etmişik ki, qanunvericiliyə mikrokredit termini də daxil edilsin və mikrokreditlər verilərkən əmsallar daha yüngül tətbiq edilsin. Xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərində. Bizim digər təklifimizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etmişik. Belə ki, özünəməşğulluq fəaliyyəti kateqoriyasının qanunvericilikdə əks olunmasıdır. Mikro sahibkarlıq subyektinə qədər səviyyədə olan gəliryaratma fəaliyyətlərinə ya əmsallar çox yüngül tətbiq olunsun ya da tətbiq olunmasın. Bunlar kənardan işçi cəlb etməyən ailə biznesləridir”.
Zemfira Ağayeva deyib ki, “Sahibkar Xanımlar Birliyin üzvü olan 7 mindən çox sahibkar qadının bankla bağlı əsas şikayəti kredit ala bilməmələri ilə bağlıdır.
Onun sözlərinə görə, bu sahədə ən böyük problem bəzi bankların kredit verərkən həm zamin, həm də girov istəmələri, bəzi banklar tərəfindən isə qadınlara nisbətən irəliləyiş olsa da, böyük kreditlər vermirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























