Cənub Vahid Bazarı olan “MERCOSUR” 30-cu ilini qeyd edir
Bu inteqrasiya prosesinin hazırki Sədri olan Argentina Xarici İşlər Naziri Felipe Solá, bu dövrdə qazanılan uğurlardan bəhs etdiyi aşağıdakı məlumatı diqqətə çatdırıb:
“Cənub Vahid Bazarı olan (MERCOSUR) 1991-ci ildə Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən Asunsion Paktı vasitəsilə qurulmuşdur. Bu birlik bölgədəki tarixi bir uğur və ölkələr arasında əvvəlki rəqabət məntiqini aradan qaldırmaq və dinamik bir əməkdaşlıq qurmaq üçün düşünülmüş Latın Amerikası iqtisadi inteqrasiyasının təməl mərhələlərindən biridir.
Təxminən 300 milyon əhalisi və 15 milyon kvadrat kilometr civarında ərazisi (Avropa qitəsindən 50% daha böyük və təqribi Rusiya boyda) olan MERCOSUR, təbii sərvətlər və qida ehtiyatı baxımından böyük potensialı ilə tanınır. Bu birlik dünyada istehsal olunan soyanın 63% ixrac edir və mal əti, toyuq, qarğıdalı, qəhvə və dəmir üzrə əsas ixracatçı olmaqla yanaşı dünyanın ən böyük səkkizinci avtomobil istehsalçısıdır. ÜDM-i 2019-cu ildə 4.467 trilyon ABŞ dollarına çatdı (alıcılıq qabiliyyəti pariteti ilə ölçülür) və bu da birliyi dünyanın ən böyük beşinci iqtisadiyyatına çevirdi.
MERCOSUR-un qurulmasının açıq məqsədləri iqtisadi və ticari olsa da, birlik demokratiyanın möhkəmlənməsində və münaqişələrin aradan qaldırılmasında mühüm rol oynayır. Sülh inkişafın zəruri şərtidir və regional inteqrasiya tarixən silahlı münaqişələr olmadan sülh və əməkdaşlıq zonası kimi bölgəmizi möhkəmləndirmək üçün əsas vasitə olmuşdur.
1991-ci ildə mallarımızın və xidmətlərimizin məhdudiyyətsiz dövriyyəsi üçün sərbəst ticarət zonası və dünyanın digər dövlətləri ilə mübadiləni idarə etməyimizə imkan verən vahid xarici tarif yaratmaqla başladıq. Bu, qarşılıqlı ticarətimizin sürətlə artmasına imkan verdi.
MERCOSUR ilk illərindən etibarən Latın Amerikası bölgəsindəki əksər ölkələrlə danışıqlar apardı və ticarət müqavilələri imzaladı, bu da bu gün Latın Amerikası ölkələrinin əksəriyyətini əhatə edən sərbəst ticarət sahəsinə sahib olma imkanı verir. Eynilə, Avropa Birliyi, Avropa Azad Ticarət Asosasiyası, İsrail, Misir, Hindistan və Cənubi Afrika və digər ölkələr ilə ticarət müqavilələri bağladıq. MERCOSUR xarici ticarət üçün qapalı olan bir birlik deyil, ölkələrimizin özlərini dünyanın digər ölkələrinə təqdim etmələri üçün bir platformadır.
Digər tərəfdən, MERCOSUR çərçivəsində əməkdaşlıq bir çox sahələri əhatə edir: mədəniyyət, təhsil, elm və texnologiya, ortaq bir vətəndaş cəmiyyətinin qurulması, sosial və iqtisadi siyasətlərin koordinasiyası və s.
Dünya, son yetmiş il ərzində bizi tənzimləyən beynəlxalq qürumlarda yaşanan böhranla yanaşı, dünya güc strukturunun yenidən qurulmasını yaşayır. Bu ssenarinin yaratdığı çətinliklər və qeyri-müəyyənliklər qarşısında ölkələrimizin dünyana açılmasını və xalqlarımızın rifahını təşviq etmək, suverenliyimizi qoruyub saxlamaq, inkişafımıza təkan vermək üçün ölkələrimizin inteqrasiyasının ən yaxşı yol olacağından heç bir şübhəmiz yoxdur.”
Məlumat Marja-ya Argentinanın Azərbaycandakı səfirliyindən təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 39 d. əvvəl
-
-
1 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
2 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
3 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Ən çox oxunanlar
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!






















