Azərbaycanda Türkiyə bankına qoyulan əmanətlər artıb
Türkiyə dövlətinə məxsus “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi olan “Ziraat Bank Azərbaycan” ASC-yə yerləşdirilən əmanətlər artıb.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin ilk rübündə “Ziraat Bank Azərbaycan”da əhalinin əmanətləri (fiziki şəxslərin müddətli depozitləri) 3 milyon 34 min manat və ya 5,4% artaraq 31 Mart 2021-ci il tarixində 58 milyon 950 min manata çatıb. Ötən ilin sonunda “Ziraat Bank Azərbaycan”da əhalinin əmanətləri 55 milyon 917 min manat təşkil etmişdi.
Hüquqi şəxslərin müddətli depozitləri isə 5 milyon manat və ya 25,5% artaraq 24 milyon 409 min manata, tələbli depozitləri isə 25 milyon 287 min manat və ya 43% artaraq 83 milyon 654 min manata çatıb.
İlk rübdə Bankda cəmi depozitlər isə 151 milyon 868 min manatdan 181 milyon 242 min manata yüksəlib (29 milyon 374 min manat artım).
Ötən dövrdə, “Ziraat Bank Azərbaycan” yeni əmanət məhsulunu təqdim edib və əmanət üzrə təklif etdiyi gəlir faizini artırıb.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC-nin səhmdarları “T.C. Ziraat Bankası Anonim Şirkəti” (99.98%), “Ziraat Sigorta Anonim Şirkəti” (0.01%) və “Ziraat Yatırım Menkul Değerler Anonim Şirkəti”dir (0.01%).
Həmçinin oxu
“Ziraat Bank Azərbaycan”ın gəlirləri artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















