"Azərişıq" zərərdən çıxıb
"Azərişıq" ASC 2020-ci ili 2 milyon 866 min manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 54 milyon 863 min manat xalis zərərlə çıxmışdı.
Ötən il səhmdar cəmiyyətinin elektrik enerjisinin satışından gəlirləri 1 milyard 216 milyon 65 min manat (əvvəlki ilə nisbətən 1,3% az), satışının maya dəyəri 1 milyard 59 milyon 595 min manat (6,6% az), paylama xərcləri 46 milyon 234 min manat (1,7% az), inzibati xərcləri 67 milyon 98 min manat (8,05% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 19 milyon 562 min manat (25,6% çox), sair xərcləri 709 min manat (101 dəfə çox), sair gəlirləri 69 min manat (32,35% az), xalis maliyyə xərcləri 14 milyon 116 min manat (28,79% azdır), mənfəət vergisi ödəmələri isə 5 milyon 954 min manat (3,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 milyard 429 milyon 825 min manat olub ki, bu da illik müqayisədə 4,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 14,3 % artaraq 768 min manata düşüb, balans kapitalı isə 2,52% artaraq 1 milyard 661 milyon 573 min manata çatıb.
Xatırladaq ki, "Azərişıq" ölkə prezidentinin 10 fevral 2015-ci il tarixli sərəcamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678 milyon 705 milyon manatdır.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
Report
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















