“Manatın ucuzlşaması bizə “qızıl il”imizi yaşatdı”
Azərbaycan manatının xarici valyutalar qarşısında qiymətinin aşağı enməyi bizə “altın yıl”ımızı, necə deyərlər, “qızıl il”imizi yaşatdı.
“Marja” xəbər verir ki, bunu “Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz bildirib.
Onun sözlərinə görə, Dünyadakı böhran Azərbaycanda öz əksini hərtərəfli, həm də fərqli bir şəkildə göstərdi. Azərbaycanlılar çox əziyyət çəkdilər, insanların alıcılıq qabiliyyəti azaldı:
“ Amma otel kimi böyük miqdarlarda satınalma edən şirkətlər üçün Azərbaycanda qalxan qiymətlər çox böyük fərqlər yaratdı. Bir otelin ən böyük xərclərindən biri enerji daşıyıcılarına olan xərclərdir. Azərbaycanda enerji daşıyıcılarının qiymətləri - qaz və elektrik enerjisinin qiymətləri yüksəldi. Ən böyük xərcimiz bunlar olduğu üçün bu bizə çox mənfi təsir etdi, amma digər tərəfdən, bu dövrdə Azərbaycan manatının xarici valyutalar qarşısında qiymətinin aşağı enməyi bizə “altın yıl”ımızı, necə deyərlər, “qızıl il”imizi yaşatdı. Belə ki, Azərbaycan, xaricdən gəlmək istəyənlər üçün ucuz bir turizm məkanı oldu”.
Turhan Poyraz qeyd edib ki, dövlətin keçən 10 il ərzində Azərbaycanın reklamına qoyduğu investisiyanın effekti ilə bura axın-axın turistlər gəlməyə başlayıb:
“30- 60% məşğulluq ilə işləyən otellər hazırda tələbata cavab verə bilmir, turistlərə “yerimiz yoxdur” deyir. Bu, çox yaxşı göstəricidir. İndi demək olar ki, may ayından oktyabra qədər otellər bayram vəziyyətindədir. Mən bu yaxınlarda Dubayda keçirilən “Ərəb turizm bazarı” sərgisində oldum. Sevindirici haldır ki, burada ən çox iş- ləyən stend Azərbaycanın idi. Qeyd edim ki, Azərbaycana turistlər ilk növbədə, ərəb ölkələrindən, MDB ölkələrindən, daha çox isə Rusiya və Ukraynadan gəlir”.
“Artıq Azərbaycanda tələb təklifdən çoxdur” deyən otelin meneceri sözlərinə belə davam edib:
“Keçən ilə qədər çox çətin idi, belə ki, Azərbaycanda otellərin sayı çox olsa da, bu otellərə tələb az idi. Bəzi otellər arasında çox nömrə sayı ilə fəaliyyət göstərənlər var idi. Onlar qiymətləri salmaqla, qonaqları cəlb edirdilər. İndi belə deyil. Artıq Azərbaycanda tələb təklifdən çoxdur. Amma bizim digər otellərdən bir fərqimiz var ki, digər otellərdə olmayan açıq və qapalı hovuzlar, fitnes, SPA mərkəzi, trenajor zalı, tennis kortu, parkinq və s. oteldə var və pulsuzdur. Başqa ölkələrdə bunların çoxu ödənişlidir. Otelimizin daha bir üstün cəhətini qeyd etmək istəyirəm ki, otelimiz şəhərin mərkəzindən 4 dəqiqəlik məsafədə yerləşir. Yuxarıda sadaladıqlarım rəqabətdə bizə bəzi üstünlüklər verir”.
Turhan bəy qeyd edib ki, bu il Formula-1 ilə əlaqədar indidən otelə 48 ölkədən tələb var: “Mən builki Formula yarışları zamanı otel sayının yetməyəcəyinə əminəm”.
© Yeganə Məmmədova
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
-
6 saat əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
-
1 gün əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 gün əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 gün əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Son Xəbərlər
Yanvarın 1-də gözlənilən hava şəraiti -Qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var
GROUPMOTORS Yeni İldə əməkdaşlarını Sportcar ilə mükafatlandırdı
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!





















