"Türkiyə Mərkəzi Bankı bazarları sakitləşdirmək üçün güclü mesaj verməlidir"
Birləşmiş Krallığın bank və maliyyə xidmətləri şirkəti "Standart Chartered", Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın faiz endirimi çağırışından sonra Türkiyə Mərkəzi Bankının (TCMB) bazarları sakitləşdirmək üçün sərt pul siyasətinə güclü bir şəkildə bağlı olduğunu qeyd etməsi lazım olduğunu açıqlayıb."Standart Chartered Bank", Türkiyə Mərkəzi Bankının bugünkü yığıncağında faizlərdə hər hansı bir dəyişiklik edəcəyini gözləmir.
Marja xəbər verir ki, TCMB-nin indiyə qədər real faizləri müsbətdə saxlamağa çalışdığını qeyd edən bank, İyul ayında yüksələn inflyasiya ilə hazırda real faizlərin az qala sıfır olduğunu vurğulayıb. Bank, TCMB-nin 14,1%-lik və bazarın isə 16,3%-lik il sonu inflyasiya proqnozuna baxmayaraq 2021-ci ilin sonu üçün inflyasiya proqnozunun 15,2% olduğunu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğanın faiz endirimi çağırışından sonra TCMB-nin bazarları sakitləşdirmək üçün sərt pul siyasətinə güclü bir şəkildə bağlı olduğunu qeyd etməsi lazım olacağını bildirən "Standart Chartered Bank", faiz endirimi edilmədən əvvəl inflyasiyada nəzərəçarpacaq geriləmə olması lazım olduğunu da vurğulayıb. Bank, Avqust yığıncağının pul siyasəti mətnindəki "tonu" yaxından izləyəcəklərini qeyd edib.
"Standart Chartered", 2021-ci ildə Türkiyə iqtisadiyyatının 5% artacağını, il sonunda Mərkəzi Bankın faizinin 16% səviyyəsində olacağını təxmin edir (hazırda 19%-dir - red).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
7 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)









