Dövlət Agentliyi deputatın oğlundan anbar icarəyə götürməsilə bağlı açıqlama yaydı
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: Tender aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkil edilib. 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 min kv. km-dən çox olan ofis və anbar kompleksi icarəyə götürülüb.İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs, "Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması" üçün yekunlaşdırdığı tenderin qalibi fiziki şəxs, deputat Cavanşir Feyziyevin oğlu Cavanşir Orxan Cavanşirin qalib elan ediləməsilə bağlı mövqeyini açıqlayıb.
Marja xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında bildirilir:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki 230 tibb müəssisəsinin dərman, tibbi sərfiyyat, laboratoriya malları, avadanlıq və cihazlara olan ehtiyacı müəyyənləşdirilmişdir. Həmin tibb müəssisələrini sözügedən vasitələrlə təmin etmək və onların düzgün şəraitdə saxlanılmasını təşkil etmək məqsədilə müvafiq məkanın seçilməsi zərurəti yarandığından Agentlik 07.07.2021-ci il tarixində etender.gov.az saytında “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” üzrə təkliflər sorğusu üsulu ilə satın alınmaya dair elan yerləşdirmişdir.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) əsasən tenderin həyata keçirilməsi məqsədi ilə tender komissiyası yaradılmış və tenderin aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkili təmin edilmişdir.
Komissiya tərəfindən tenderdə təkliflər sorğusunun formal tələblərini tam təmin edən və ehtimal olunan qiymətdən aşağı qiymət təklifi verən fiziki şəxs Orxan Cavanşir “Ofis və anbar kompleksinin icarəsi xidmətlərinin satın alınması” məqsədilə keçirilmiş təkliflər sorğusunun qalibi elan edilmişdir. Məlumat üçün bildirək ki, 4,3 ha ərazidə yerləşən, ümumi sahəsi 12 min 553,3 kv. km olan ofis və anbar kompleksi dərman preparatlarının qəbulu, saxlanılması, daşınması üçün hər cür imkana malikdir.
HƏMÇİNİN OXU: Dövlət Agentliyi fiziki şəxsdən 1,2 milyon manata ofis və anbar kompleksi icarəyə götürdü
Eyni zamanda Agentliyin fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə cavab olaraq bildirmək istərdik ki, qurum fəaliyyətə başladığı dövrdən etibarən icbari tibbi sığorta sistemi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədilə davamlı tədbirlər görməkdədir. 2016-cı ildən başlayaraq qurumun rəsmi internet səhifəsi (https://its.gov.az/) və altı sosial media hesabı (“Facebook”, “Twitter”, “Linkedln”, “Instagram”, “YouTube” və “Telegram”) fəaliyyət göstərir.
İcbari tibbi sığorta ilə bağlı xəbərlər, Agentliyin illər üzrə fəaliyyətinə dair hesabatları, icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər barədə aylar üzrə statistik göstəricilər barədə məlumatlar və s. qurumun saytında və sosial şəbəkələrdəki səhifələrində mütəmadi olaraq yerləşdirilir. Kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən daxil olan bütün sorğular cavablandırılır. İcbari tibbi sığorta sistemi barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə bu mövzuda xəbərlər mediada işıqlandırılır, Agentliyin əməkdaşlarının televiziya və radiolarda çıxışları təmin edilir, qurumun “Facebook” səhifəsində vətəndaşları icbari tibbi sığorta sistemi ilə bağlı maraqlandıran mövzularda canlı yayımlar təşkil edilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 9 saat sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















