Əhalinin müddətli əmanətlərində artım davam edib
2021-ci ilin Avqust ayında fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri (depozitləri) 39,3 milyon manat azalıb. Azalma tələbli depozitlərin azalması ilə əlaqədardır, sabit maliyyələşmə mənbəyi olan əhalinin müddətli əmanətlərində artım avqust ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin İyul ayının sonunda fiziki şəxslərin əmanətləri 8 milyard 439,5 milyon manat ikən, Avqust ayının sonunda 8 milyard 400,2 milyon manat təşkil edib.
Avqustda tələbli depozitlər 117,3 milyon manat azalaraq 3 milyard 232,7 milyon manata düşüb, müddətli depozitlər isə 78 milyon manat artaraq 5 milyard 167,5 milyon manata çatıb.
İyulda müddətli əmanətlər 82,3 milyon manat artmışdı. Ötən ilin sonu ilə müqayisədə (8 ayda) əhalinin müddətli əmanətləri 378,3 milyon manat artıb.
Avqustda hüquqi şəxslərin depozitləri 60,3 milyon manat azalaraq 14 milyard 349.5 milyon manata geriləyib.
Müddətli depozitlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.
Həmçinin oxu
Azərbaycanın bank sektoru kiçilib - SON RƏQƏMLƏRMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
16 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
-
21 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
28 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Çinin ixracı yavaşlayıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb






.jpg)







.jpg)









