İş adamı öz mobil telefonunu satış nöqtəsinə çevirə biləcək - YENİ UNİKAL XİDMƏT
Tezliklə Azərbaycanda “CİB Biznes” xidməti istifadəyə veriləcək. Bunu Marja-ya layihənin ideya müəllifi və rəhbəri Hacıağa Hacı bildirib.
O qeyd edib ki, “CİB Biznes” sahibkara inventar idarəetməsini (stock management), müştərilərlə münasibətləri (CRM), satış prosesini, müxtəlif yollar ilə ödənişlərin qəbulunu və elektron ticarəti rəqamsallaşdırılmış şəkildə vahid bir məhsul olaraq təklif edir. “CİB Biznes”i seçən sahibkar bütün biznes proseslərini vahid bir həll üzərindən idarə edə bilir.
Hacıağa Hacı qeyd edib: “Bizim platformaya qoşulmaqla, KOB-lar həm öz anbar idarə etmə sistemini qura bilirlər, həm müştərilərlə işləmək üçün CRM sisteminə sahib olurlar, həm də müxtəlif ödəniş kanalları ilə ödənişləri qəbul edə bilirlər. Yəni biz KOB-ların satış və marketinq fəaliyyətini tam rəqəmsallaşdıra bilərik. Maraqlısı budur ki, biznes bunu smartfonun köməyi ilə edə biləcək, heç bir əlavə avadanlıq və resurslar cəlb etməyə ehtiyac qalmayacaq. Eyni zamanda, “CİB Biznes” həlli sahibkara öz mobil telefonunu satış nöqtəsinə çevirməyə və biznesini CİBindən idarə etməyə imkan verəcək”.
Layihənin rəhbəri deyib ki, əlavə avadanlıq alıb quraşdırmağa ehtiyac yoxdur: “Mobil telefon mağazanı elektron satış nöqtəsinə çevirir. Biz bu layihəyə kommersiya baxımından uzun müddətli baxırıq. Xidmətlərin böyük hissəsi KOB-lara əvəzsiz qaydada təqdim olunacaq. KOB-lardan xidmət haqqı yalnız elektron ticarətdən keçən dövriyyələr üzrə alınacaq. Bir daha vurğulamaq istərdim ki, orta-müddətli məqsədimiz KOB-ları sürətli rəqəmsallaşdırmaq və elektron ticarət dövrünə hazırlamaqdır”.
“Bizim gətirdiyimiz yeniliklərdən biri bir neçə toxunuşla internet mağaza aça bilməkdir. Biznes bizdə qeydiyyatdan keçdikdən sonra həm oflaynda xidmətlər alacaq, həm də avtomatik internet mağazaya sahib olacaq. Bir daha vurğulayım, bunun üçün heç bir xərc çəkilməyəcək. Bu aydan aktiv satış fəaliyyətinə başlayırıq”,- Hacıağa Hacı əlavə edib.
CİB Biznes layihəsi barədə daha ətraflı məlumat əldə etmək üçün sayta keçid edin: https://cib.business
Tətbiqi yükləmək üçün: App Store və Google Play ziyarət edin.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
-
7 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
38 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO
Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb

























