Gəncədə kənd təsərrüfatının vəziyyəti açıqlanıb
2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marja-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində 61,2 ha əkin (ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri) aparılmışdır. Hesabat dövründə sahələrdən 52,5 ton taxıl, 103,4 ton tərəvəz, 641,6 ton meyvə və giləmeyvə, 378,1 ton üzüm toplanmışdır.
2021-ci ilin oktyabr ayının 1-i vəziyyətinə təsərrüfatlarda 1175 baş iribuynuzlu mal-qara (ondan 494 baş inək və camış), 1757 baş qoyun və keçi mövcud olmuşdur.
Gəncə şəhərində 2021-ci ilin yanvar-sentyabr aylarında heyvandarlıq bölməsində diri çəkidə 56,8 ton ət, 428,1 ton süd, 474 min ədəd yumurta, 2,6 ton yun istehsal edilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən süd istehsalı 72,5 ton (20,4 faiz), ət istehsalı isə 26,4 ton (1,9 dəfə), yumurta istehsalı 302 min ədəd (2,8 dəfə) artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 1576,7 min manat, o cümlədən bitkiçilik məhsulları 926,4 min manat, heyvandarlıq məhsulları 650,3 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 16 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb






























