"ABŞ-da inflyasiya hələ pik həddinə çatmayıb"
Təxminən bir il əvvəl ABŞ-da inflyasiyanın müvəqqəti olmayacağını təxmin edən "Allianz"ın Baş iqtisadi müşaviri Muhammed El-Erian inflyasiyada pik nöqtənin hələ də müşahidə edilmədiyini bildirib.
ABŞ-da bu gün açıqlanacaq may ayı inflyasiyasından əvvəl Bloomberg televiziyasına danışan El-Erian, “Mənim üçün əsas narahatlıq iyun ayı məlumatlarının may ayından daha pis olacağıdır. İnflyasiyanın pik həddə çatdığını düşünənlər fikrini dəyişməli ola bilər”.
Apreldə ABŞ-da inflyasiya 8,5 faizdən 8,3 faizə düşsə də, 40 ilin pik həddinə yaxın qalmaqda davam edib.
Bloomberg-in sorğusuna qatılan iqtisadçılar may ayında inflyasiyanın illik 8,2 faiz olacağını proqnozlaşdırırlar. Bu göstərici pandemiyadan əvvəlki səviyyədən təxminən 4 dəfə yüksəkdir.
İnflyasiyaya səbəb olan təsirlərin getdikcə genişləndiyini qeyd edən El-Erian, “Ona görə də önümüzdəki aylarda inflyasiyanın 8,5 faizdən yuxarı olmasını görmək təəccüblü olmayacaq. Enerji qiymətləri hər ay kəskin şəkildə yüksəlir. Qida və mənzil qiymətləri artır. Ən yüksək səviyyənin reallaşdığını söyləmək hələ tezdir”, - deyə o bildirib.
El-Erian inflyasiya 5,4%-ə çatan zaman, illik inflyasiya artmasının FED-in nəzərdə tutduğu kimi müvəqqəti olmayacağını qeyd edərək, Fed-in sərt pul siyasətinə başlamayaraq səhvietdiyini bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 2 saat sonra
-
- 16 d. əvvəl
- 46 d. əvvəl
- 50 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
1 saat əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
Ən çox oxunanlar
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış
"Group Motors"dan 107 milyon manatlıq satış
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb





























