Qaliblərə hədiyyələr təqdim edildi
(®️) Məlumat verdiyimiz kimi bütün növ Birbank (həmçinin BirKart) kart sahibləri nağdsız ödənişlər etməklə Bakıda 2 otaqlı təmirli mənzil, 2 ədəd Toyota Corolla avtomobili, 10 ədəd MacBook Air və ya 10 ədəd iPhone 14 Pro smartfonu qazanmaq şansı əldə ediblər.
26 yanvar 2023-cü il tarixində İctimai Televiziyanın canlı efirində keçirilən lotereya tirajı zamanı 23 ədəd Birbank kartının sahibi qiymətli hədiyyələr qazandı.
Lotereya zamanı qalib gələn Birbank sahibləri Kapital Bank-ın ofisinə dəvət olunaraq qazandıqları hədiyyələr onlara təqdim edilib. Qaliblərin siyahısı ilə saytdan tanış olmaq mümkündür – https://bir.bank/bblnpr.
Nəzərinizə çatdıraq ki, şərtlərə görə lotereyada iştirak üçün Birbank kart sahibləri 17 oktyabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinədək taksit və ya debet Birbank kartları ilə 10 AZN və daha çox məbləğdə uğurlu nağdsız əməliyyat edərək lotereyada 1 iştirak şansı qazanırdılar. Birbank rəqəmsal bankında və Umico Marketdə edilən 10 AZN və daha çox məbləğdə uğurlu əməliyyatlar isə kart sahibinə 2 iştirak şansı qazandırıb. Əgər müştərinin bir neçə Birbank kartı varsa, hər biri lotereyada ayrılıqda iştirak edirdi. Hər müştəri bir Birbank kartı ilə yalnız 1 dəfə qalib ola bilərdi.
Qeyd edək ki, bütün Birbank kartlarının həm taksit, həm də debet növü mövcuddur. Birbank Cashback debet kart sahibinə ikiqat ƏDV bonusu və nağdsız ödənişlərdə 1,5%-dən 30%-dək, Birbank-da kommunal, mobil və stasionar rabitə, Internet və TV ödənişlərində isə 1% keşbek qazandırır. Birbank Cashback debet kartları ilə ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur.
Birbank Miles kartları istənilən aviaşirkətin aviabiletinə dəyişdirilməsi mümkün olan millər qazandırır. Həmçinin Birbank Miles debet kartları ilə də ay ərzində 5000 manatadək istənilən yerli bankomatda vəsait nağdlaşdırarkən və ölkədaxili istənilən bank kartına pul köçürərkən heç bir komissiya haqqı tutulmur. Birbank Umico debet kartları ilə isə ay ərzində 4000 manatadək Kapital Bank-a məxsus bankomatlarda nağdlaşdırma və ölkədaxili istənilən bank kartına pul köçürməsi komissiyasızdır.
Birbank taksit kartları bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 63 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi və pulsuz SMS məlumatlandırma xidməti. Birbank kartının ölkə üzrə 11 000-dən artıq partnyor mağazası fəaliyyət göstərir və bu say artmaqdadır.
Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
2 saat əvvəl
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Kaşıbeyaz" artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı "Dreamland"də - FOTOLAR
-
7 saat əvvəl
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bir sıra qeyri-filiz faydalı qazıntı yataqları "AzerGold"a verildi
Səyahət xidmətlərində yeni mərhələ: SABRE və ABB əməkdaşlığı
Tramp: Yüksək səviyyəli iranlı rəsmilərlə görüşməyə hazıram
Tramp: İranla razılaşma bu gün imzalanacaq
Ən çox oxunanlar
Bank of Baku üçün ADA Universitetində II mini MBA proqramı başladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
DJ Turaldan avtomobil sürücülərinə vacib mesaj! - VİDEO
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?





.jpg)
.jpg)





.jpg)





