Yaponiya Bankı ultra-yumşaq siyasətini və mənfi uçot dərəcəsini saxlayır
Yaponiya Bankı (mərkəzi bank) növbəti iclasında iqtisadiyyatı stimullaşdırmaq üçün ultra-yumşaq pul siyasətini davam etdirməyə qərar verib.
Marja xəbər verir ki, bu barədə tənzimləyicinin iki günlük iclasının yekunlarına dair cümə günü yayılan məlumatında deyilir.
Yaponiya Mərkəzi Bankı qısamüddətli faiz dərəcəsini mənfi 0,1% səviyyəsində saxlayıb və 10 illik dövlət istiqrazları üzrə hədəf gəlirliliyi 0% civarında müəyyən edib. Bundan əlavə, tənzimləyici onillik dövlət istiqrazları üçün maksimum gəlirlilik diapazonunu 0,5% səviyyəsində saxlayıb.
Bu iclas, bazarı stimullaşdırmaq üçün ultra-yumşaq pul siyasətinin əsas tərəfdarı sayılan Kuroda üçün sonuncudur. O, bu siyasətə görə mütəmadi olaraq tənqid olunur, ultra-yumşaq pul siyasəti Qərb ölkələri ilə uçot dərəcələrində uçurum olması səbəbindən milli valyutanın zəifləməsinə gətirib çıxarır. Qərb ölkələri isə əksinə, inflyasiya ilə mübarizə aparmaq üçün faizləri qaldırırlar.
Kuroda vəzifəsini tərk edir və aprelin 9-da onun yerinə iqtisadçı Kazuo Ueda gələcək. Cümə günü parlamentin yuxarı palatası nəhayət ki, onun namizədliyini təsdiqləyib.
Bəzi müşahidəçilər hesab edirdilər ki, Mərkəzi Bank tədricən hazırkı kursu geri çəkilə bilər, lakin Ueda artıq bəyan edib ki, Yaponiya Bankının 2%-lik sabit inflyasiyaya nail olmaq kimi əsas hədəfi hələ də reallaşmayıb. Son aylardakı qiymət artımı bu göstəricini xeyli üstələyir, lakin mərkəzi bankın fikrincə, bu göstərici qeyri-sabitdir və azalacaq.
Mərkəzi Bankın qərarı fonunda yen dollara nisbətdə nəzərəçarpacaq dərəcədə zəifləyib, 1 dollar üçün 135,95-dən 136,75-ə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
32 d. əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
46 d. əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
2 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib



















