Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb

AzVak-mobil_resmin_ustu_31
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-mart aylarında Azərbaycan Asiyanın əsas bölgəsindən ümumilikdə 94 min 846 turist qəbul edib.

Rəsmi statistikaya əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % azdır.

Belə ki, Cənubi Asiyadan gələnlərin sayı 52,1 % azalaraq 34 031 nəfər, Mərkəzi Asiyadan gələnlərin sayı 17,6 % artaraq 46 min 334 nəfər, Şimali-Şərqi Asiyadan gələnlərin sayı 17,9 % artaraq 11 min 679 nəfər, Cənub-Şərqi Asiyadan gələnlərin sayı isə 30,5 % azalaraq 2 min 802 nəfər olub.

Cənubi Asiya ölkələri arasında ən çox turist Hindistandan olub – 17 min 374 nəfər. Lakin bu istiqamətdə 68,3 % azalma qeydə alınıb. Pakistandan 14 min 393 nəfər (+4,7 %), Şri Lankadan 1 min 076 nəfər (+6,9 %), Banqladeşdən 701 nəfər (-18,3 %), Nepaldan 359 nəfər (-32,6 %), Maldivdən 111 nəfər (2,1 dəfə çox), Əfqanıstandan isə 17 nəfər olub (+30,8 %) turist gəlib.

Mərkəzi Asiya ölkələri arasında isə ən çox turist Qazaxıstandan olub - 19 min 672 nəfər. Bu istiqamətdə 8,3 % artım qeydə alınıb. Özbəkistandan 14 min 477 nəfər (+56,9 %), Türkmənistandan isə 7 min 293 nəfər (-6,6 %),Tacikistandan 2 523 nəfər (+13 %), Qırğızıstandan 2 369 nəfər (+20,7 %) turist gəlib.

Şimali-Şərqi Asiya ölkələri arasında isə ən çox turist Çindən olub – 10 min 310 nəfər. Bu istiqamətdə 21,9 % artım qeydə alınıb. Yaponiyadan 649 nəfər (-7,4 %), Cənubi Koreyadan 592 nəfər (- 7,5 %), Monqolustandan 128 nəfər (+25,5 %) turist gəlib, Şimali Koreyadan isə turist axını dayanıb.

Cənub-Şərqi Asiya ölkələri arasında isə ən çox tusirt Filippindən olub - 1 min 415 nəfər. Bu istiqamətdə 47,2 % azalma qeydə alınıb. İndoneziyadan 669 nəfər (+41,7 %), Malayziyadan 356 nəfər (-31,5 %), Vyetnamdan 120 nəfər (+60 %), Taylanddan 120 nəfər (+3,4 %), Sinqapurdan 115 nəfər (-27,7 %), Kambocadan 4 nəfər (dəyişməyib), Bruneydən 2 nəfər (-33,3 %), , Laosdan isə 1 nəfər (-50 %) turist gəlib.

Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yeni iş axtarırsınız? Azvak.az veb-saytına baxa bilərsiniz

© "Report" 

Azərbaycan turizmi Azərbaycana gələn turistlər Asiya turistləri Cənubi Asiya turistləri Mərkəzi Asiya turistləri Şimali-Şərqi Asiya turistləri Cənub-Şərqi Asiya turistləri Azərbaycan turist statistikası 2026 yanvar-mart turizm Azərbaycan I rüb turizm Hindistandan gələn turistlər Qazaxıstandan gələn turistlər Çindən gələn turistlər Pakistandan gələn turistlər Özbəkistandan gələn turistlər Filippindən gələn turistlər xarici turistlər Azərbaycanda Dövlət Statistika Komitəsi turizm turizm axını Azərbaycanda turizm azalması Asiyadan Azərbaycana səfərlər turist sayı turizm xəbərləri Azərbaycan səyahət bazarı incoming tourism Azerbaijan
30.05.2026 13:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19