Avropa bankının böhranına səbəb olan şəxs istefa verdi
Açıqlamaları ilə Credit Suisse-in səhmlərində tarixi çöküşə səbəb olan Səudiyyə Milli Bankının İdarə Heyətinin sədri Əmmar Əl Xudairi (Ammar Al Khudairy) tutduğu vəzifədən istefa verib.İsveçrə bankı Credit Suisse-dəki böhranda əsas ad olan Səudiyyə Ərəbistanı Milli Bankının sədri Əmmar Əl Xudairi vəzifəsindən istefa verib.
Marja xəbər verir ki, Xudairi martın 16-da verdiyi açıqlamada bundan sonra Səudiyyə Ərəbistanı Milli Bankı olaraq Credit Suisse-i dəstəkləməyəcəklərini bildirmişdi. Bu açıqlama ilə səhmlərdə panika satışları başlamışdı.
Səudiyyə Milli Bankı Credit Suisse-də 9,9% paya sahibidir.
İsveçrənin köklü bankı Credit Suisse-dəki böhran ilə əlaqədar olaraq İsveçrə Milli Bankı vəziyyətə müdaxilə edərək banka 54 milyard dollarlıq kredit xətti açıb. Davam edən böhran zamanı başqa bir köklü bank, UBS prosesə daxil oldu və tarixi satınalma ilə Credit Suisse-i almağa razılaşdı.
UBS-in rəqibini almaq üçün 3 milyard İsveçrə frankı (3,3 milyard dollar) ödəyəcəyi bildirilib.
İsveçrə Milli Bankı saziş çərçivəsində UBS-ə 100 milyard frank likvidlik xətti verməyə razılaşıb. İsveçrə hökuməti həmçinin UBS-ə alışdan yarana biləcək potensial itkilərə görə 9 milyard frank zəmanət veriləcəyini açıqlayıb. İsveçrənin bank qurumu Finma, sövdələşmədən sonra 16 milyard franklıq riskli Credit Suisse istiqrazının dəyərsiz olacağını açıqlayıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 6 d. əvvəl
- 13 d. əvvəl
- 24 d. əvvəl
-
31 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 32 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu


























