Azercell “GSMA M360 EURASIA 2023” konfransının baş sponsorudur
(®) Azərbaycanın lider mobil operatoru “GSMA M360 Eurasia 2023” konfransının baş sponsoru olaraq bu nüfuzlu tədbirə ev sahibliyi edəcək.
Konfrans Azercell və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Azərbaycanda ilk dəfə təşkil edilən bu beynəlxalq tədbir mobil telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan regional və beynəlxalq ekspertləri bir araya gətirərək onlara sənayenin əsas tendensiyaları, imkan və çağırışları ətrafında müzakirələr aparmağa şərait yaradacaq.
“Biz “GSMA M360 Eurasia 2023 konfransı”nın baş sponsoru olaraq bu tədbirə ev sahibliyi etməkdən qürur duyuruq”, - deyə Azercell-in prezidenti Zərinə Zeynalova bildirib. "Azərbaycanın lider mobil operatoru kimi biz mobil rabitə sənayesində innovasiyaları və inkişafı daim təşviq edirik. Tədbir mobil bağlanti sahəsinin gələcəkdə böyüməsi və dəyər qatması üçün doğru sərmayə yatırımını müzakirə etmək, bu kritik infrastrukturun qorunması ilə bağlı fikir mübadiləsi üçün əla platforma olacaq".
Qeyd edək ki, GSMA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilərin çıxışı ilə yanaşı, panel müzakirələri də yer alacaq. Konfrans gələcək inkişaf üçün rəqəmsal davamlılıq, müştəri vertikalının gücləndirilməsi, 5G və infrastrukturun gələcəyi, Əşyaların İnterneti, Süni İntellekt və Maşın Öyrənməsi, Fintek, kibertəhlükəsizlik kimi bir sıra aktual mövzuları əhatə edəcək. Tədbirdə Azərbaycandan, Avrasiya regionundan ekspertlər, o cümlədən tənzimləyici qurumların nümayəndələri, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərləri iştirak edəcək.
16 və 17 May tarixlərində Bakıda keçiriləcək bu tədbirdə iştirak etmək üçün GSMA M360 Eurasia səhifəsində onlayn qeydiyyatdan keçmək olar.
Tədbir barədə daha ətraflı məlumatı bu səhifədən əldə etmək mümkündür: https://www.mobile360series.com/eurasia/.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
14 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
19 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 31 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























