Avro ilə bağlı kritik qərarlar açıqlanacaq
Bu gün qlobal bazarların diqqəti Almaniyanın Frankfurt şəhərindən gələcək məlumatlarda olacaqdır. "Marja" xəbər verir ki, Mərkəzi ofisi Frankfurt-da yerləşən Avropa Mərkəzi Bankında növbəti pul siyasəti toplantısı keçiriləcəkdir.
Dünya maliyyə bazarlarında EUR/USD məzənnəsi cari həftə ərzində 1.1583 dollara kimi 1.3% bahalaşdıqdan sonra 0.7% ucuzlaşıb. İnvestAZ İnvestisiya şirkətində bildirilib ki, ucuzlaşma bu gün Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq, Avropa Mərkəzi Bankının mətbuat konfransı öncəsi investorların ehtiyatlı mövqe seçmələrilə əlaqədardır. Mətbuat konfransı zamanı foreks bazarlarında qiymət dalğalanması daha da güclənə bilər.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Bu gün Avropa Mərkəzi Bankının iclasda faiz dərəcəsini dəyişməyərək 0,00%-də, depozit faizini də - 0,40%-də saxlayacağı gözlənilir. AMB faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaqdır. Saat 16:30-da isə Avropa Mərkəzi Bankının sədri Mario Draghi bəyanat verərək, sualları cavablandıracaqdır. Bazar Bankın yumuşaq pul siyasətini yavaş-yavaş sərtləşdirəcəyini gözləyir. Əgər Draghi bu gözləntilərə uyğun açıqlamalar verərsə Avro bahalaşa, əks halda isə ucuzlaşa bilər.
Zaman | Valyuta | Hadisə | Proqnoz | Əvvəlki |
20 İyul 2017 | ||||
15:45 | EUR | Faiz qərarı | 0,00% | 0,00% |
15:45 | EUR | Depozit faizi qərarı | -0,40% | -0,40% |
16:30 | EUR | Avropa Mərkəzi Bankının (ECB) Mətbuat Açıqlaması |
|
|
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























