“Almet Trading Baku” şirkəti kiçilib, mənfəəti 2,6 dəfə azalıb
Armatur, məftil, borular, şveller və digər metal məhsulların satışı ilə məşğul olan “Almet Trading Baku” QSC şirkəti 2022-ci ili 1 milyon 8 min manat mənfəət ilə (vergidən əvvəl) başa vurub. Şirkət 2021-ci ili 2 milyon 604 min manat mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il “Almet Trading Baku” şirkətinin mənfəəti 2,6 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Almet Trading Baku” QSC şirkətinin cəmi aktivləri 2022-ci ildə 2021-ci illə müqayisədə 1 milyon 363 min manat və ya 14,5% azalaraq 8 milyon 40 min manata düşüb.
Ötən il Şirkətin cəmi kapitalı 642 min manat azalaraq 3 milyon 334 min manata, cəmi öhdəlikləri isə 721 min manat azalaraq 4 milyon 706 min manata geriləyib.
2022-ci ilin nəticələrinə əsasən cəmiyyətin aktivləri öhdəliklərini 2 dəfəyə yaxın üstələyir və bu, ödəmə qabiliyyətinə müsbət təsir edir.
“Almet Trading Baku” QSC şirkəti 2019 ildə fəaliyyətinə başlayıb. Şirkətinin əsas fəaliyyəti - meşə materiallarının, tikinti materiallarının və sanitar-texniki avadanlıqıların topdan satışıdır.
“Almet Trading Baku” QSC-nin nizamnamə kapitalının 90%-i Rüstəmov Rüfət Telman oğluna, 10%-i Orucov Elxan Əlisaab oğluna məxsusdur. Cəmiyyətin ali idarəetmə orqanı onun Səhmdarlarının ümumi yığıncağıdır.
2 MİLYON MANAT BORC ALIR
Xəbər verdiyimiz kimi, “Almet Trading Baku” QSC şirkəti hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd (2 milyon manatlıq) faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar buraxır. İstiqrazların tədavül müddəti 24 ay, faiz dərəcəsi illik 13%-dir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir ödəniləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 9 d. əvvəl
-
12 d. əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
43 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
44 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 52 d. əvvəl
-
1 saat əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Ən çox oxunanlar
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























