AER: "Bizim müasir aparatlar bakteriya aşkarlamayıb”
Bir neçə gündür ki, Azərbaycanda istehsal olunan bəzi dondurmaların tərkibində bakteriya aşkarlanması problemi ciddi narahatlığa səbəb olub.
Mövsumun bu fəslində insanlar daha çox sərinləmək üçün dondurma yeyir. Xüsusilə də uşaqların dondurmanı xoşlaması və onu tez-tez alması hamıya bəllidir. Belə olan halda yeyilən dondurmanın tərkibində bakteriyalar aşkarlanırsa, bu təbii ki, həm valideynlər, həm də ictimaiyyət arasında müzakirələrə səbəb olur. Nəzərə alsaq ki, bu il keçən ilə nisbətən dondurmaların qiymətində də ciddi artım müşahidə olunur.
Ümumiyyətlə isə, ictimaiyyət üçün dondurmanın istehsal prosesi həmişə maraqlı olub. Çünki zaman-zaman Azərbaycanda mövsüm başlayanda dondurmaların keyfiyyətsizliyindən, onun tərkibinə marqarin vurulduğundan hamı şikayətlənir.
Bu arada qeyd edək ki, bir neçə gün əvvəl İqtisadiyyat və Səhiyyə Nazirliklərinin birgə yaydığı açıqlamada “AER Company Qrup”a məxsus olan üç adda dondurmanın tərkibində bakteriya olduğu aşkarlanması barədə məlumat yayılıb.
Buna görə də hazırda sexdə əsas aparatda istehsal prosesi dayandırılıb. Ancaq nümunə üçün dondurmalar istehsal olunur.
Kompaniya rəhbəri Adil Şərifov da yayılan informasiya ilə bağlı da bizə geniş məlumat verib. O qeyd edib ki, üç adda dondurma satış şəbəkələrindən geri çağırılıb: “Ancaq bizim özümüzün müstəqil mikrobiologiya laboratoriyamız var. Hər istehsal prosesinin sonunda dondurmaları yoxlayıb sonra satışa buraxırıq. Bizim müasir aparatlar vasitəsilə yoxlamamız zamanı belə bir bakteriya aşkarlanmayıb”.
© Qafqazinfo
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
























