PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
(®) Bu bahar PAŞA Bank sahibkarlar üçün yeni fürsətlər gətirir. Müştərilər artıq nəinki endirimli şərtlərlə kreditlər, həm də Tarifim məhsulu daxilində pulsuz köçürmələr və valyuta mübadiləsi edə bilərlər.
Belə ki, bank 19 fevraldan başlayaraq 1 ay müddətində onlayn biznes kreditinə 1% faiz endirim təklif edir. Kampaniya dövründə sahibkarlar girovsuz, tamamilə onlayn şəkildə 250,000 AZN-dək biznes kreditlərini 13 %-dən deyil, 12%-dən başlayaraq əldə edə biləcəklər. Üstəlik, kredit almış sahibkarlar 1 milyon AZN-dək ölkədaxili köçürmələrini və 250,000 AZN-dək valyuta mübadiləsi əməliyyatlarını da tam pulsuz icra edəcəklər.
Əlavə olaraq, PAŞA Bank-ın müştəriləri eyni tarixlərdə faktorinq məhsuluna 0.5% illik faiz endirimi və ya 0.5% komissiya endirimi, eləcə də ticarət kredit xətti üzrə 0.5% illik komissiya endirimi əldə edə biləcəklər.
Təklif sahibkarlara maliyyə imkanlarını artırmaq, xərcləri azaltmaq və bizneslərini daha rahat idarə etmək imkanı verir. 19 martadək davam edən kampaniya mikro, kiçik və orta bizneslər, eləcə də fərdi sahibkarlar üçün keçərlidir. Ətraflı məlumat almaq və bu fürsətdən istifadə etmək üçün linkə keçid edin.
Xatırladaq ki, PAŞA Bank beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas kateqoriyada - “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” - adına layiq görülüb. Bank 2024–2025-ci illərdə yerli sahibkarlığın inkişafına verdiyi töhfələrə görə “Euromoney”, “International Investor Magazine” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlara, o cümlədən “Ən yaxşı KOS Bankı” və “World’s Best Private Banks 2025” titullarına layiq görülüb. Eyni zamanda, bank 2025-ci ildə “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)










