Kapital Bank 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi
Kapital Bank filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhəri, Cavadxan küç., 24 ünvanında yerləşən Gəncə filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verdi.
Yeni xidmət mərkəzidə 24 saat ərzində ödəniş terminalları vasitəsi ilə kommunal və bank ödənişləri, ATM vasitəsi ilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.
Region filialları üzrə ilk olan Gəncə 24/7 elektron xidmət mərkəzi onun göstəricisidir ki, Kapital Bank paytaxt ilə paralel Region filiallarının inkişafını da həyata keçirir, müştərilər üçün müxtəlif xidmətlər təqdim edir. Bundan öncə Bakı üzrə Nərimanov, Mərkəz, 28 may, Qara Qarayev, İçərişəhər filiallarında 24/7 elektron xidmət mərkəzlərini istifadəyə verib. Ötən aydan etibarən həmçinin Abşeron, Sumqayıt, Şuşa, Əhmədli, Binəqədi və Bərdə filiallarında xarici ödəmə terminallarını quraşdırılıb. Həmin terminallar vasitəsi ilə müştərilər kredit ödənişləri, plastik kart hesablarına mədaxil, büdcə, rabitə, sığorta, kommunal ödənişləri həyata keçirə bilərlər.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir.
2017-ci ildə yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Buzovna, Dəmiryol, Lökbatan və ASAN Masallı şöbələri fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi























