Əmlakı "Carlsberg Azerbaijan" şirkəti tərəfindən istifadə olunan "Bakı Pivə"nin maliyyə vəziyyəti açıqlanıb
"Bakı Pivə" ASC 2022-ci ili 294 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 288 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Bakı Pivə" ASC-nin xalis mənfəəti 2%-ə yaxına artıb.
Marja.az xəbər verir ki, 2021-ci ildə "Bakı Pivə" ASC-nin əsas əməliyyat gəliri təxminən 489 min manat ikən, 2022-ci ildə də 489 min manat təşkil edib.
"Bakı Pivə" ASC 31 Dekabr 2022-ci il tarixində 3 milyon 275 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 2 milyon 929 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "Bakı Pivə" ASC fəaliyyət göstərmir, daşınmaz əmlakı icarəyə verir. Şirkətin cəmi 1 nəfər işçi var.
"Bakı Pivə" ASC-nin nizamnamə kapitalının 91.0309%-i Rusiyanın "Baltika" MMC pivəbişirmə şirkətidir.
“Bakı-Pivə” istehsalat birliyinə məxsus Xırdalan şəhərindəki pivəbişirmə zavodu 1969-cu ildə istismara verilib. Həmin dövrdə o, SSSR-nin altı ən iri pivəbişirmə müəssisələrindən biri olub.
"Bakı Pivə" ASC-nin əmlakı pivə istehsalçısı "Carlsberg Azerbaijan" şirkətinə icarəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
5 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























