"Holcim Azərbaycan" şirkəti gəlirini və xalis mənfəətini açıqladı - 2 DƏFƏDƏN ÇOX ARTIM
Qaradağda iri sement zavodunu işlədən "Holcim Azərbaycan" ASC 2022-ci ili 6 milyon 613 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 3 milyon 124 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Holcim Azərbaycan"ın xalis mənfəəti 2,1 dəfə artıb. Xalis mənfəətin artması gəlirin artmasından qaynaqlanır.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Holcim Azərbaycan" ASC-nin satışdan gəlirləri 2021-ci ildə 114 milyon 996 min manat ikən, 2022-ci ildə 145 milyon 568 min manata yüksəlib. 2021-ci illə müqayisəd 2022-ci ildə Şirkətinsatışdan gəlirləri 30 milyon 562 min manat və ya 26,6% artıb.
2022-ci ildə "Holcim Azərbaycan" ASC-nin əməliyyat mənfəəti 1,9 dəfə artaraq 14 milyon 124 min manat təşkil edib. Şirkət əməliyyat mənfəətindən 7 milyon 511 min manat mənfəət vergisi ödəyib.
BÖLÜŞDÜRÜLMƏMİŞ MƏNFƏƏTİ 100 MİLYON MANATI KEÇİB
31 dekabr 2022-ci il tarixində "Holcim Azərbaycan" ASC-nin bölüşdürülməmiş mənfəətinin məbləği 101 milyon 647 min manat təşkil edib. 2021-ci ilin sonunda Şirkətin bölüşdürülməmiş mənfəəti 98 milyon 158 min manata çatmışdı.
Ötən il "Holcim Azərbaycan" ASC-nin cəmi aktivləri cüzi azalaraq 280 milyon manata düşüb. 2021-ci ilin sonunda Şirkətin cəmi aktivləri 284 milyon 671 min manata çatmışdı.
Qeyd edək ki. işğaldan azad olunan ərazilərin yenidən qurulması sementə tələbin artmasına, nəticədə də sement istehsalçılarının gəlirlərini artmasına səbəb olur.
Həmçinin oxu
Qarabağ yenidən qurulur, sement şirkəti böyüyürMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
-
- 28 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib




























