İcra başçısının sabiq müavini 1 milyondan çox mənimsəmədə ittiham olunur
Külli miqdarda mənimsəmədə təqsirləndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Gündüz Əliyev, onunla birgə ittiham olunan “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsinin sabiq baş mühasibi Gülnarə Bayramova və tanışları - Elxan Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və cinayət işi məhkəmə baxışı sentyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi materiallarına əsasən, Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdikləri 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.
Köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırılmaqla mənimsənilib.
Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələri ilə yekun ittiham elan edilib.
Onu da qeyd edək ki, Gündüz Əliyev bu il mart ayında Sumqayıt İcra Hakimiyyətinin başçısı əmri ilə icra başçının müavini, həmçinin İH-nin şəhər təsərrüfatı şöbəsinin müvəqqəti müdiri vəzifəsindən azad olunub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 33 d. əvvəl
-
-
1 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
1 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
1 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb






















