Azərbaycan banklarının xarici valyutada qiymətli kağızlara investisiyalarının məbləği 1 milyard manatdan çox azalıb
Azərbaycan banklarının xarici valyutada qiymətli kağızlara investisiyalarının məbləği azalmaqda davam edir.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin avqust ayının sonunda bankların xarici valyutada qiymətli kağızlara investisiyalarının məbləği 2 milyard 978,6 milyon manat təşkil edib. Bu məbləğ 2022-ci ilin sonunda 4 milyard 52,5 milyon manat, iyul ayının sonunda isə 3 milyard 101,5 milyon manat idi. Beləliklə, bankların qiymətli kağızlara investisiyaları (xarici valyutada) cari ilin 8 ayı ərzində 1 milyard 73,9 milyon manat, avqust ayında isə 122,9 milyon manat azalıb.
31 avqust 2023-cü il tarixində bankların qiymətli kağızlara cəmi investisiyaları 7 milyard 622,16 milyon manat təşkil edib. Bu məbləğ ötən ilin sonunda 8 milyard 337,69 milyon manat, iyul ayının sonunda isə 7 milyard 709,9 milyon manat idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib



















