“AzerGold”dan aylıq rekord ixrac
“AzerGold” QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib
Qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini davam etdirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyükhəcmli ixrac əməliyyatlarını həyata keçirib.
Marja.az-ın Şirkətə istinadən məlumatına görə, QSC cari ilin sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüşün satışına nail olub. Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” QSC fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.
2023-cü ilin yanvar-sentyabr aylarında isə QSC tərəfindən 38.3 min unsiya qızılın hasilatı, 36.4 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 6%, qızıl ixracı planı isə 30% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%, ixracda isə 4.4% daha artıq hədəfdir.
Daxili bazarda isə cari ilin ilk 9 ayı ərzində qızıl və gümüş satışından əldə edilən gəlir 15 milyon 825 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88% artım deməkdir.
Ümumi satış gəlirlərinə gəldikdə, ilk 9 ay üzrə QSC-nin ümumi satış göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb.
Cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.
Qeyd edək ki, 1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
