970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Azərbaycanda yüksək potensiala malik kadrların liderlik, idarəetmə və qlobal biznes bacarıqlarının inkişafına dəstək vermək məqsədilə IE Universitetinin “Global MBA” proqramına qəbul elan edilir.

Proqrama qəbul 28 aprel 2026-cı il tarixində PAŞA Holding və SOCAR, İspaniyanın IE Universiteti ilə strateji tərəfdaşlıq üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.

Proqramla bağlı əsas məlumatları aşağıda diqqətinizə çatdırırıq:

“Global MBA” proqramı beynəlxalq səviyyədə tanınan rəsmi MBA (magistr) dərəcəsi təqdim edir. Tədris prosesi qarışıq (hibrid) formatda təşkil olunacaq. Bu çərçivədə həm onlayn dərslər, həm də Bakı və Madriddə əyani tədris sessiyaları nəzərdə tutulur. Proqramın tədrisi ingilis dilində aparılacaq.
 
Proqrama müraciət etmək üçün namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Lisenziyalı və akkreditasiyadan keçmiş ali təhsil müəssisəsindən bakalavr dərəcəsinə malik olmaq;
• Qüvvədə olan beynəlxalq dil sertifikatı (IELTS, TOEFL, Duolingo, Cambridge) və ya əvvəlki ali təhsilin ingilis dilində alınması;
• Proqramda iştirak müddətində aktiv əmək fəaliyyəti ilə məşğul olmaq;
• 5 ildən 15 ilədək peşəkar iş təcrübəsinə malik olmaq;
• Minimum 2 il rəhbər vəzifədə iş təcrübəsinə malik olmaq
• Liderlik potensialı və davamlı peşəkar inkişaf göstəricilərinə sahib olmaq

"Global MBA" proqramı maksimum 40 iştirakçı üçün nəzərdə tutulub. Onlardan:

• 15 iştirakçı PAŞA Holding-dan,
• 15 iştirakçı SOCAR-dan,
• 10 iştirakçının isə ümumi əmək bazarından olması nəzərdə tutulub.

Proqrama qəbul olunan namizədlər üçün təhsil haqqı əməkdaşlıq çərçivəsində təqdim olunan xüsusi endirim əsasında 50,000 avro təşkil edəcəkdir. Ödəniş şərtləri və maliyyələşdirmə imkanları qeydiyyat prosesi zamanı birbaşa IE Universiteti tərəfindən müəyyən ediləcək.

Qeyd: Proqramın məqsədlərinə və Azərbaycanda liderlik potensialının inkişafına töhfə vermək baxımından qəbul prosesində Azərbaycan Respublikası vətəndaşlarına üstünlük veriləcək. Mövcud yerlərdən və yekun iştirakçı tərkibindən asılı olaraq, xarici əcnəbi vətəndaşların müraciətlərinə də baxıla bilər.

Proqram haqqında qısa məlumat:

• Müddət: 22 ay
• Başlanma tarixi: Sentyabr 2026
• Maraq formasının təqdim edilməsi üçün son tarix: 12 iyun 2026

Müraciət prosesi: Proqrama qəbul IE Universitetinin qəbul qaydaları, seçim meyarları və prosedurları əsasında həyata keçiriləcək.

Maraqlanan namizədlərdən maraq formasını tamamlamaları xahiş olunur - https://forms.office.com/pages/responsepage.aspx?id=eMU5SvBtuUKn4OnqxtkYFi2KZoWIyeNLqA0788lPcUpUOFJGMFkyWDNFUDJDRVVIR0lGOUhIWkFWNy4u&route=shorturl.

Sorğu proqramda iştirak etməkdə maraqlı olan əməkdaşlar barədə ilkin məlumatların toplanması məqsədini daşıyır. Yalnız sorğunu tamamlayan və ilkin qəbul tələblərinə cavab verən namizədlər IE Universitetinin onlayn müraciət sisteminə dəvət alacaqlar.

Qeyd edək ki, “Global MBA” proqramı və müraciət prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyən əməkdaşlar üçün iki məlumat sessiyası təşkil olunacaq. Maraqlanan hər kəs öz iş qrafikinə uyğun olan sessiyaya qoşula bilər. Sessiyalarla bağlı məlumatlar aşağıda təqdim olunur:

Sessiya 1
Tarix: 9 iyun 2026
Vaxt: 11:00 (Bakı vaxtı) / 09:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/93923646067?pwd=3Tk7ijFrZ4Zh2doLIuDhibLKqtnlhG.1
Kod: AzMBA2026!

Sessiya 2
Tarix: 10 iyun 2026
Vaxt: 16:00 (Bakı vaxtı) / 14:00 (Madrid vaxtı)
Müddət: 2 saat
Keçid linki: https://ieuniversity.zoom.us/j/96119050967?pwd=BV4btQJjSI7acwQ5JualR8aOmPXvCO.1
Kod: AzMBA26*   

Qeyd edək ki, təhsil və inkişaf mövzusu PAŞA Holding-in strategiyasında mühüm yer tutur. Bu istiqamətdə Holding və onun törəmə şirkətləri insan kapitalının inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir. Bunlara “Elachi”, “Leading Lights”, “Future Shapers” kimi proqramlar, eləcə də digər təhsil və bacarıqların inkişafına xidmət edən layihələr daxildir.

IE Universiteti IE University Global MBA Global MBA Azərbaycanda PAŞA Holding Global MBA SOCAR Global MBA PAŞA Holding SOCAR IE Universiteti İspaniyada MBA proqramı Azərbaycanda MBA proqramı beynəlxalq MBA rəsmi MBA dərəcəsi magistr MBA proqramı hibrid MBA proqramı onlayn MBA dərsləri Bakı və Madrid tədris sessiyaları liderlik proqramı idarəetmə bacarıqları qlobal biznes bacarıqları rəhbərlər üçün MBA peşəkar inkişaf proqramı yüksək potensiallı kadrlar Azərbaycanda liderlik inkişafı insan kapitalının inkişafı PAŞA Holding təhsil proqramları SOCAR təhsil proqramı IE Universitetinə qəbul MBA qəbul şərtləri MBA müraciət forması MBA son müraciət tarixi ingilis dilində MBA IELTS MBA qəbul TOEFL MBA qəbul Duolingo MBA qəbul Cambridge sertifikatı 5-15 il iş təcrübəsi rəhbər vəzifə təcrübəsi MBA təhsil haqqı 50 min avroluq MBA proqramı Leading Lights Future Shapers biznes təhsili
04.06.2026 13:12
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Yayın ilk böyük endirimi!
Yayın ilk böyük endirimi!
04.06.2026 11:58
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19