“Bank of Baku” və "TuranBank" qızıl pulların satışı və alışı ilə məşğul olacaqlar - MƏRKƏZİ BANKDAN QƏRAR
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış müxtəlif çəkilərdə (1 unsiya, 1/2 unsiya, 1/4 unsiya, 1/10 unsiya) investisiya pul nişanları 10 may 2023-cü il tarixindən tədavülə buraxılıb.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, investisiya pul nişanlarının satışının və geri alışının stimullaşdırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin müvafiq qərarı ilə bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən və müəyyən edilmiş tələblərə cavab verən “Bank of Baku” ASC və "TuranBank" ASC satış agentləri olaraq seçiliblər.
Satış agentlərinin seçilməsi ilə əlaqədar investisiya pul nişanlarının Mərkəzi Bank tərəfindən birbaşa əhaliyə və banklara satışı və geri alışı dayandırılıb.
Satış agentlərinə qarşı müəyyən edilmiş tələblər və satış agentlərinin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində “Milli pul nişanları” bölməsinin “İnvestisiya pul nişanları üzrə satış agentləri” alt bölməsindən tanış olmaq mümkündür.
Gələcəkdə Mərkəzi Bank tərəfindən yeni satış agentləri müəyyən edilərsə bu barədə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























