Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının 2-ci iclası keçirilib - BU SAHƏLƏRƏ İNVESTİSİYA YATIRACAQ
Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaqNoyabrın 23-də Bakıda Azərbaycan-Qırğız İnkişaf Fondunun Şurasının sədri, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sədrliyi ilə Şuranın 2-ci iclası keçirilib.
İclasda Azərbaycan və Qırğızıstan arasında sıx iqtisadi əlaqələrin inkişafı, o cümlədən iri investisiya layihələrinin birgə həyata keçirilməsi və ölkələrimizin ixrac-idxal potensialından daha səmərəli istifadə üçün Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun səmərəli mexanizm olacağı qeyd edilib.
Bildirilib ki, iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan Fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatıracaq. Fond hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərəcək və nəticədə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.
Qeyd edilib ki, Şuranın 27 iyul tarixində Qırğızıstanın Çolpon Ata şəhərində keçirilmiş ilk iclasından ötən müddət ərzində Fondun Şurası və Fondun İdarə Heyəti haqqında Əsasnamələr də daxil olmaqla gündəlikdə duran bir sıra texniki məsələlər razılaşdırılıb.
İclasda Şuran üzvləri gündəlikdə duran məsələlər, o cümlədən təşkilati-hüquqi məsələləri müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















