“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkətinin nizamnamə kapitalı artırılıb
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəripək” MMC-nin nizamnamə kapitalı 156 min 900 manat və yaxud 1,4 % artırılıb.
Şirkətin kapitalı 11 milyon 546 min 479 manatdan 11 milyon 703 min 379 manata çatdırılıb.
Bundan başqa, ASK-ya məxsus "Şəki SES" MMC-nin nizamnamə kapitalı 1 milyon 786 min 380 manat və yaxud 3,6 dəfə artırılaraq 667 min 520 manatdan 2 milyon 453 min 900 manata çatdırılıb.
Xatırladaq ki, “Azəripək” 2018-ci ildə yaradılıb. Cəmiyyətin tərkibində olan istehsal sahələrinə baramadan xam ipəyi açan istehsalat, toxucu istehsalatı, boyaq-bəzək istehsalatı, pambıq əyirici istehsalatı, burucu sex daxildir. Qeyri-istehsal sahələri isə idarə binası, mexanika, energetika, avtonəqliyyat və xammal sahələrindən ibarətdir.
Xatırladaq ki, "Şəki SES" MMC 2019-cu ildə yaradılıb. Şirkət vahid enerji sisteminə qoşularaq Şəki şəhərinin bir hissəsinin elektrik enerjisinə və suya olan tələbatını ödəyir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















