“Gold Alko” MMC: Keyfiyyətsiz spirtli içki istehsalı və saxta aksiz ilə markalama ittihamları öz təsdiqini tapmayıb
"Malların keyfiyyət standartlarına uyğun olmaması tam səhv məlumatdır, bunu hər ay AQTA laboratoriyasında istehsal etdiyimiz spirtli içkilərin analizlərinin cavabları ilə sübut edə bilərik".
"Gold Alko" MMC bildirir ki, Şirkətin guya alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal etməsi, satması və həmin məhsulları saxta aksiz markaları ilə markalaması barədə yayılmış xəbər həqiqətə uyğun deyil.
Şirkətin Direktoru Mirdaməd Mahmudovun adında Marja.az-a daxil olmuş açıqlamada bildirilir ki, heç bir rəsmi sənəd və sübut olmadan bu cür əsassız xəbərlər uzun illər istehsalat sektorunda olan müəssisənin nüfuzuna xələl gətirə bilər:
"Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işinin başladığı barədə məlumat yalnış və əsası olmayan məlumatdır.
Ortaya atılan yalan ittihamlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 27 dekabr 2023-cü il tarixində "Gold Alko" MMC-nin istehsalat sahəsində və mal anbarlarında apardığı geniş operativ tədbirləri nəticəsində heç bir təsdiqini tapmamışdır. Malların keyfiyyət standartlarına uyğun olmaması tam səhv məlumatdır, bunu hər ay AQTA laboratoriyasında istehsal etdiyimiz spirtli içkilərin analizlərinin cavabları ilə sübut edə bilərik. Həmçinin müəssisə beynəlxalq İSO 22000-2022 sertifikatın malikdir".
28 dekabr 2023-cü il tarixində Baş Prokurorluğun yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib.
Qeyd edilib ki, əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
İş üzrə Respublikanın ayrı-ayrı regionlarında yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülmüşdür. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
23 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
