Aqrar Sığorta Fondunda arıçılıq təsərrüfatlarının sığortası üzrə müzakirələr aparılıb
Aqrar sığorta mexanizmi çərçivəsində gələcəkdə arı ailələrinin sığortası planlaşdırılır.Aqrar Sığorta Fondunda (ASF) Azərbaycan Arıçılar Assosiasiyasının rəhbərliyi və üzvləri ilə keçirilən görüşdə arı ailələrinin sığortalanmasına dair ilkin müzakirə aparılıb.
ASF-nin yaydığı məlumatda bildirilir ki, görüşdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov aqrar sığorta mexanizmi, onun işləmə prinsipi və üstünlükləri barədə məlumat verib. Onun sözlərinə görə, qarşıdakı dövrdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və sığorta risklərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Sığortaya cəlb edilməsi nəzərdə tutulan sahələrdən biri də arıçılıq təsərrüfatlarıdır. Bu görüşün məqsədi, Azərbaycan arıçıları ilə arı təsərrüfatlarının sığortası ilə bağlı risklərin və sığorta imkanlarının müzakirəsidir.
Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov bildirib ki, hazırda ölkənin demək olar bütün bölgələrində ümumilikdə 650 mindən artıq arı ailəsi var. Assosiasiya rəhbərinin sözlərinə görə, arı ailələri üçün əsas risklər – yoluxucu xəstəliklər, dolu yağması, sel, daşqın, quraqlıq nəticəsində bitki örtüyünün olmaması, vəhşi heyvanların, o cümlədən ayıların hücumu və sairdir. Bundan başqa arı ailələri daşınma zamanı stress, avtomobil qəzaları, əkin sahələrinin dərmanlanması zamanı zəhərlənmə kimi hallar nəticəsində də tələf olur.
Görüşdə bildirilib ki, ötən il belə hallar, xüsusilə sel və daşqınlar nəticəsində minlərlə arı ailəsi tələf olub. Belə hallarda fermerlərə dəyən zərərin qarşılanması baxımından aqrar sığortanın əhəmiyyəti vurğulanıb.
Görüşdə arı ailələrinin sığorta məqsədləri üçün qeydiyyatı və identifikasiyası, hadisələrin təsbiti üsulları, arı ailələrinin qiymətləndirilməsi ilə bağlı məsələlər, o cümlədən arı ailələrinin sığortalanması sahəsində qardaş Türkiyənin təcrübəsi də müzakirə edilib.
Sonda arı ailələrinin sığortalanması ilə bağlı müzakirələrin və belə görüşlərin davam etdirilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 33 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur




















.webp)





