Avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması müzakirə edilib
Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilibAzərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər.
Nümayəndə heyətləri Azərbaycan Respublikasının Astara, Xanoba, İran İslam Respublikasının Astara və Rusiya Federasiyasının Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər ediblər.
Tərəflər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sərhəddən keçməsi prosesi, gömrük yoxlaması və sənədlərin rəsmiləşdirilməsi qaydası ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan tərəfində yaradılan infrastruktur mövcud şəraitdə istənilən avtomobil axını üçün buraxılış imkanı təmin edə bilir.
Daha sonra Dərbənd şəhərində keçirilən görüşdə nəzarət-buraxılış məntəqələrində yoxlamalar, nəqliyyat vasitələrinin gözləmə müddətinin azaldılması istiqamətində tədbirlər, beynəlxalq avtomobil daşımaları bazarında Azərbaycan, İran və Rusiya daşıyıcılarının payının artırılması və digər məsələlər müzakirə edilib.
Görüş zamanı Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialı və perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan, İran və Rusiyanın tranzit potensialından tam həcmdə istifadəsi və Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























