Azərbaycan xarici şirkətlə “Yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə əməkdaşlığı müzakirə edib
İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib.
Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Aparıcı enerji şirkətləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən və Avropanı Afrika ilə əlaqələndirən genişmiqyaslı bərpa olunan enerji layihələri, bu “yaşıl mollekul”ların xalis sıfıra nail olunmasında rolundan danışılıb. “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləri layihələrinin həyata keçirilməsi və hidrogen istehsalı-ixracı planları kontekstində şirkətin elektrik təbii qazı üzrə ölkəmizlə əməkdaşlığa marağı ifadə edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















