Azərbaycan, Qazaxıstan və Özbəkistan milli enerji şirkətlərinin iştirakı ilə birgə müəssisə yaradır
Energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti Astana şəhərində keçirilən Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşdə iştirak edib.
Hər iki tədbirdə çıxış edən nazir müavini COP29 çərçivəsində yaşıl enerji keçidi ilə bağlı qlobal təşəbbüslər və yüksək səviyyəli tədbirlərin planlaşdırıldığını, bu çərçivədə "Mərkəzi Asiya və Azərbaycan Enerji İnvestisiyaları Forumu"nun keçiriləcəyini bildirilib.
Tədbirdə “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə görülən işlər və atılacaq növbəti addımlar müzakirə olunub. Üç ölkə arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin layihəsinin razılaşdırıldığı, layihənin ilkin texniki-iqtisadi əsaslandırması üçün Texniki Tapşırığın təsdiq edildiyi, texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESI” şirkətinin seçildiyi və tərəflərin milli enerji şirkətlərinin iştirakı ilə Birgə Müəssisənin yaradılması barədə razılıq əldə edildiyi bildirilib.
Sonda Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə üçtərəfli görüşün protokolu imzalanıb.
Səfər çərçivəsində Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Qazaxıstanın energetika nazirinin müavini Erlan Akkenjenovla ikitərəfli görüşlər keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















