Azərbaycanda ət və süd istehsalı cüzi artıb
2024-cü ilin yanvar-iyul aylarında diri çəkidə 331,2 min ton ət, 1312,0 min ton süd, 1385,9 milyon ədəd yumurta, 14,2 min ton yun, 239,4 ton barama istehsal olunmuşdur.
Marja 2024-cü ilin yanvar-iyul ayında Azərbaycanın iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə ət istehsalı 1,3 faiz, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 6,2 faiz artmış, yun istehsalı 1,6 faiz, barama istehsalı 32,9 faiz azalmışdır.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,2 faiz artmışdır.
Kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Avqust ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 2 milyon 935,5 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 245,7 min ton (0,2 faiz çox) tərəvəz, 598,6 min ton (10,0 faiz az) kartof, 429 min ton (10,3 faiz çox) bostan məhsulları, 331,1 min ton (5,1 faiz çox) meyvə və giləmeyvə, 22 min ton (2,4 dəfə çox) şəkər çuğunduru, 5,8 min ton (28,2 faiz az) üzüm, 1,8 min ton (35,9 faiz az) günəbaxan, 1,8 min ton (2,2 faiz çox) tütün, 773,4 ton (7,8 faiz çox) yaşıl çay yarpağı yığılmışdır.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı




















