Kanada Mərkəzi Bankı faizini endirməyə davam edir
Kanada Mərkəzi Bankı (BoC) ardıcıl üçüncü iclasında pul siyasəti faizini 0,25 faiz bəndi də azaldaraq 4,25 faizə endirib.
Marja xəbər verir ki, BoC-ın yaydığı açıqlamada inflyasiyanın gözlənildiyi kimi iyul ayında 2,5 faizə düşdüyünə diqqət çəkilib.
Açıqlamada, inflyasiya təzyiqlərinin azalması ilə bağlı faizin daha 0,25 faiz bəndi azaldılmasına qərar verildiyi bildirilib: “İqtisadiyyatda həddindən artıq təklif inflyasiya üzərində aşağı istiqamətli təzyiqlər yaratmağa davam edərkən, mənzil və bəzi digər xidmətlərin qiymət artımı inflyasiya üzərində yuxarı istiqamətdə təzyiq yaradır”.
Açıqlamada inflyasiyaya qarşı olan bu qüvvələrin diqqətlə qiymətləndirildiyi, pul siyasəti qərarlarının gələcək məlumatlara və onların inflyasiya proqnozlarına təsirlərinin qiymətləndirilməsinə əsaslanacağı vurğulanıb.
BoC-ın İdarə Heyətinin üzvü Tiff Macklem, ölkədə inflyasiya proqnozlara uyğun olaraq ümumi olaraq azalmağa davam edərsə, faiz dərəcəsində daha da azalma gözləməyin ağlabatan olacağını bildirib.
Bank ilk faiz endirimini iyun ayında edib
İyun ayında BoC pul siyasəti faizini 5 faizdən 4,75 faizə endirərək son 4 ildə ilk faiz endirimini edib. Bank ardınca İyul ayında 0,25 faiz bəndi endirim edilərək uçot dərəcəsini 4,5 faizə endirilmişdi.
BoC, G7 ölkələri arasında inflyasiyanı cilovlamaq üçün aqressiv faiz artımından sonra yumşaq pul siyasətinə başlayan ilk mərkəzi bank olub.
Kanadada inflyasiya 2022-ci ildə 8,1 faiz ilə son 40 ilin ən yüksək səviyyəsinə çatmış və BoC inflyasiyanı hədəfə qaytarmaq üçün 2022-ci ilin martından sonra faiz dərəcələrini 10 dəfə artırmışdı.
Sonuncu dəfə 2023-cü ilin iyul ayında keçirilən iclasında faiz dərəcələrini artıran BoC, faizini 22 ilin ən yüksək səviyyəsi olan 5 faizə qaldırmışdı.
Ötən ilin sentyabr, oktyabr və dekabr aylarında faiz dərəcəsini dəyişməyən BoC, bu ilin yanvar, mart və aprel aylarında keçirdiyi iclaslarda faiz dərəcəsini sabit saxlamışdı.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























